Hom*me — ev, süfrə və dekor əşyaları istehsal edən Azərbaycan brendidir.[1][2] Şirkətin mərkəzi ofisi Bakı şəhərində yerləşir.[3] Brendin yaradıcısı Azərbaycanlı iş adamı N. Əhmədovadır.[1]
Brend hədiyyəlik[4], ev dekoru[5] və süfrə əşyaları[6] istehsalı ilə məşğul olur. Hom*me xüsusi Milad və Yeni il dekorları istehsal edən ilk Azərbaycan şirkətidir.[7][8]
Şirkətin məhsulları İtaliya, Portuqaliya, Çexiya, Polşa, Tayland, Hindistan, Misir, Çin, Türkiyə və başqa ölkələrdə istehsal olunur.[1][3] Hom*me həmçinin "Tescoma" və "Lamart by Pierre Lamart" brendlərinin Azərbaycanda rəsmi təmsilçisidir.