Homo duplex — XIX əsrin makro-sosioloqu Emil Dürkheym tərəfindən insanın bir tərəfdən instinktlər, istək və iştahla idarə olunan, digər tərəfdən isə əxlaq və cəmiyyətin yaratdığı digər elementlərlə idarə olunan bioloji orqanizm olduğu haqqında irəli sürülmüş fikir. İnsana "heyvan" təbiətindən kənara çıxmağa imkan verən, xüsusi normativ sistem tətbiq edən və davranışı tənzimləyən bir yol olan ən ümumi dindir.[1]
Dürkheymə görə, nəzarətsiz qalan fərdiyyətçilik bədbəxtliyə və ümidsizliyə səbəb olan eqoist istəkləri boğmaq üçün bir ömür boyu axtarışa aparır. Digər tərəfdən, kollektiv şüur iradə üzərində bir yoxlama rolunu oynayır. Bu, sosiallaşma nəticəsində yaranır. Yüksək anomik cəmiyyətlər ailə, kilsə, icma və digər bu kimi zəif ilkin qrup münasibətləri ilə xarakterizə olunur.
Ziqmund Freyd bu fikirlərdən "Sivilizasiya və onun narazılıqları" adlı essesində istifadə etmişdir. O, yazmışdır ki, sivilizasiya təmkinlə yaradılır və "instinktdən imtina üzərində qurulur".