Honikulu boğazı (fr. Passe Honikulu) - Sakit okeanda Uollis və Futunaya daxil olan Uvea adasının cənubunda, sədd rifi ilə əhatələnmiş laqunu okean suları ilə birləşdirən boğaz[1][2].
Honikulu boğazı | |
---|---|
fr/Passe Honikulu | |
Yerləşməsi | |
13°23′19″ c. e. 176°13′00″ q. u. | |
Ölkə | Fransa |
Akvatoriyası | |
|
Boğazdakı qabarma və çəkilmənin gücü 6 düyünə çata bilir. Laqunun içərisindəki Fayoa keçidindən keçən bir kanal Mata Utu limanına[3] çıxmağa imkan verir. Keçiddən gəmilər Mua körfəzinə girirlər. Honikulu boğazında çəkilmənin axını 2,5 ilə 4 düyün arasındadır[4], qabarma isə 4 ilə 6 düyün təşkil edir[1]. Bu keçid suyun laqundan okeana boşaldılmasında mühüm rol oynayır: rif açıq okeandan dalğa yolu ilə su alır, lakin laqunun içindəki bu suyu bloklayır[1].
1943-cü ildə ABŞ Ordusu Uollisdə bir hərbi baza qurduğu zaman Amerika hərbi gəmilərinin keçməsinə imkan vermək üçün keçid genişləndirilir. Bu işlər boğazdakı güclü cərəyanları bir qədər zəiflətdir[1].