İsrail–Honkonq — Honkonq və İsrail arasında ikitərəfli beynəlxalq diplomatik münasibətlər. İsrailin Honkonqda bir konsulluğu var. Honkonq isə Çinin Tel-Əvivdəki səfirliyində yerləşən Honkonq İqtisadi və Ticarət Bürosu tərəfindən təmsil olunur.
İsrail–Honkonq münasibətləri | |||||
---|---|---|---|---|---|
|
1958-ci ildə iş adamı Viktor Zirinsky Honkonqda İsrailin fəxri konsulu təyin edildi və 1985-ci ildə Honkonq və Makao üçün baş konsul təyin edildikdə İsrail rəsmi diplomatik bir nümayəndə göndərilənə qədər bu vəzifədə çalışdı[1]. Honkonqun texnoloji startaplara marağı iki ölkə arasında əlaqələrin artmasına səbəb oldu. Honkonq Xüsusi İnzibati Bölgəsindəki bir hökumət idarəsi olan InvestHK, İsrail iş adamlarına şəhərdəki işlərində kömək edəcəyini söylədi. İsrail startapları 500.000 ABŞ dolları həcmində investisiya, Honkonq səfəri, Asiya müəssisələrinin icraçı direktorları ilə təlimlər və bölgədəki böyük texniki tədbirləri ziyarət etmək təklif edən xüsusi inkişaf proqramına qəbul edildi[2]. 2015-ci ildə İsrail Honkonq ilə texnologiya və tədqiqat sahələrində əməkdaşlığı artırmaq üçün bir saziş imzalanır. Yeni proqram sənaye sektorunda tədqiqat layihələrini inkişaf etdirmək üçün qurulur. Honkonqda sahibkarlar İnnovasiya və Texnologiya Fondu (ITF) tərəfindən idarə olunan ESS (Enterprise Support Scheme) proqramı vasitəsilə maliyyələşmə əldə etdilər. İsraildə maliyyələşdirmə İsrail İqtisadiyyat və Sənaye Nazirliyinin baş aliminin ofisi tərəfindən təmin edilir. Proqramı İsrailin Baş Elmşünaslar Bürosu, eləcə də İsrail Sənaye Araşdırma və İnkişaf Mərkəzi (MATIMOP) idarə edir[3].
2013-cü ildə Honkonq milyarderi Lee Kaşin İsrail Texionuna 130 milyon dollar bağışladı[4].
İsrail parlamentinin spikeri Yuli Edelşteyn ölkələr arasında əlaqələri gücləndirmək üçün 2016-cı ildə Honkonqa səfər etdi. O, ölkələr arasındakı dostluq münasibətlərini məmnuniyyətlə qarşıladı[5].
2017-ci ildə Honkong polis məmurları və tərəfdarlarının görüşündə polis işçilərinin Ken Tzanqıni döyməsi, yəhudilərin İkinci Dünya Müharibəsi əsnasında təqib olunması ilə müqayisə etdi. Bununla belə bi iki hadisəni müqayisə etmək düzgün sayılmaz. Buna cavab olaraq İsrail konsulluğu 23 fevral 2017-ci ildə bu açıqlamaya təəssüfləndiyini bəyan etdi. Honkong polisinin nümayəndəsi, spikerin şərhinin bütün təşkilatın fikirlərini əks etdirmədiyini söylədi[6]. 2018-ci ilin sentyabr ayında Honkonqun Maliyyə Naziri Ceyms Lao, maliyyə katibi Pol Çan və Honkonqun maliyyə sektoru nümayəndələrindən ibarət böyük bir heyət İsrailə səfər etdi. İsrailin maliyyə naziri Moşe Kaxlon ilə görüşdülər. Görüşdə maliyyə texnologiyaları sahəsində əməkdaşlıq, habelə ikiqat vergitutmanın ləğvinə dair müqavilənin təşviqi barədə razılığa gəlindi[7].
2016-cı ilin noyabr ayında İsrailə səfər edən Honkonq işgüzar əlaqələr və iqtisadi inkişaf katibinin sözlərinə görə, israillilər bölgənin Yaxın Şərqdəki ən böyük turizm bazarlarından biridir. 2015-ci ildə təxminən 64.000 israilli Honkonqu ziyarət etmişdir[8]. Honkonq milli aviaşirkəti olan Cathay Pacific, 2017-ci ilin mart ayında Honkonq - Təl-Əviv arasında birbaşa uçuşlar açacağını açıqlamışdır[9]. 26 mart 2017-ci il tarixində İsrailə 280 honkonqlu turisti gətirən Cathay Pacific hava yollarına məxsus təyyarə Təl-Əvivə enmişdir[10].