Honkonq Həmkarlar İttifaqları Konfederasiyası

Honkonq Həmkarlar İttifaqları KonfederasiyasıHonkonqun ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı.

Tarixi[redaktə | mənbəni redaktə et]

Konfederasiya 1990-cı ilin iyul ayında yaradılıb. O dövr ölkədə işçilərin hüquqlarını qoruyan 80 xırda təşkilat fəaliyyət göstərirdi. Eyni məqsəd və prinsip uğrunda mübarizə aparan bu qurumlar vaxt keçdikcə birgə işin daha effektiv olacağı qərarına gəlirlər və birləşərək sözügedən qurumu yaradırlar.

Konfederasiyanın tarixində iki irimiqyaslı etiraz aksiyası olub. Onlardan biri 2003-cü ildə ölkənin aparıcı mədən şirkəti işçilərinin 5 günlük tətilidir. Səbəb işçlərin bir neçə ay müddətində maaşlarının yalnız 70 faizini almaları olub. Belə ki, həmkarlar ittifaqı və müəssisə rəhbərliyi arasında danışıqlar zamanı mədən rəsmiləri maaşın yarı faizini növbəti dəfə alacaqlarını deyib, lakin bu sözə əməl etməyib. Etirazlarını bir neçə saatla başlayan işçilər nəticə əldə etmədiklərini görüb uzunmüddətli tətil keçirmək qərarına gəliblər. Mədən işçiləri öz etirazlarını 5 gün ərzində işə çıxmamaqla bildiriblər. Mövcud durum o həddə gəlib çatır ki, artıq şirkət rəhbərliyi ilə danışıqlara Konfederasiyanın rəsmi şəxsləri də qatılırlar. Uzun sürən danışıqlardan sonra işçilərə onların ötən aylar ərzində kəsilən maaşlarından faizlər ödənilmişdir. Bundan sonra ölkədə oxşar hadisə hələ ki, müşahidə olunmayıb.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Konfederasiya ölkədə əmək münaqişələrinin həll olunmasında aparıcı rol oynayır. İşçilərin işə qəbul olarkən əmək müqaviləsini tələb etmələri üçün maarifləndirici tədbirlər keçirdir. Üzvlərinin hüquqlarını qorumaq üçün iş yerlərində daimi nəzarət komissiyaları yaradılıb. Ehtiyac duyulduğu halda tətil və nümayişlərə təşəbbüs edilir.

Tərkibi[redaktə | mənbəni redaktə et]

Fəaliyyətə başladı ilk illərdə Konfederasiya özündə 170 min üzvü cəmləşdirirdi. Onların əksəriyyəti ictimai xidmət sahələrinin işçiləri idi.

Hazırda tabeçiliyində 61 təşkilat olan qurumun müxtəlif sahələrdə işləyən 160 min üzvü var.

Rəhbərləri[redaktə | mənbəni redaktə et]

Hazırda təşkilata Lau Çin Şi rəhbərlik edir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • hkctu.org.hk — Honkonq Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi saytı