Horatsilərin andı — 1784-cü ildə fransız rəssam Jak Lui David tərəfindən çəkilmiş böyük rəsm əsəri. Hal-hazırda Parisdə, Luvr muzeyində saxlanılır. Neoklassisizm üslubunda olan ən yaxşı rəsm əsəri hesab edilir.
Horatsilərin andı | ||
---|---|---|
fr. Le Serment des Horaces | ||
| ||
Rəssam | Jak-Lui David | |
Tarixi | 1784 | |
Üslubu | klassisizm | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 330 ± 1 sm[1] × 425 ± 1 sm[1] | |
Materialı | yağlı boya[d][2] | |
Saxlanıldığı yer | Luvr, Paris | |
Saytı |
louvre.fr/oeuvre-notices… louvre.fr/en/oeuvre-noti… louvre.fr/jp/oeuvre-noti… wga.hu/html/d/david_j/2/… wga.hu/html/d/david_j/2/… wga.hu/html/d/david_j/2/… wga.hu/html/d/david_j/2/… |
|
İnventar nömrəsi | INV. 3692[3], MR 1432, INV 3692[2] | |
Vikianbarda əlaqəli mediafayllar |
David bu məşhur tablosunu yaratmaqla yeni inqilabi üslubun — klassisizmin təməlini qoydu. Bu əsərdə dövlətin gücləndirilməsi üçün xalqın birliyini əks etdirən üç oğul və atanın andı təsvir olunmuşdur. Qoca silahı oğullarına uzadaraq, onların döyüşünə xeyir-dua verir. Bu tabloda rəssam gözəllik və zəriflikdən, detalların xırdalıqlarından imtina etmişdir. Üslubda ciddilik, güclü enerji axını hiss olunur. David tabloda hər bir detalı əsərin başlıca ideyasının açılmasına yönəltmiş, kompozisiya və perspektiv qanunauyğunluqlardan böyük məharətlə istifadə etmişdir. "Horatsilərin andı" rəssama çox böyük şöhrət gətirdi və inqilab illərində onun taleyində əhəmiyyətli rol oynadı.