Hortonolit — mineral, (Fe,Mg)2[SiO4]
Hortonolit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Hortonolit — Olivinin forsterit-fayalit (Fa) izomorf sıranın aralıq üzvü. Tərkibində 51–70% Fa, habelə Mn, Ni, Ti qatışıqları olur. Habitus prizmatik, lövhəvari, izometrik. Aqreqat dənəvər. Rəngi sarımtıl-bozdan qarayadək. Parıltısı şüşəli. Xüsusi çəkisi 3,6–4,0. Hortonolit dunitlərini təşkil edir. Qabbro və traplarda tapılır. Növ müxtəlifliyi: ferrohortonolit (71–90% Fa).