Hueylər


Hueylər, Huey xalqı (çin. sadə. 回族, pinyin: Huízú) — Çin Xalq Respublikasında rəsmi olaraq tanınan 55 etnik azlıqdan biri.

Hueylər
çin. sadə. 回族, pinyin: Huízú
Ümumi sayı
≈ 10 600 000
Yaşadığı ərazilər
Çin ÇXR 10 586 087 (2010)[1]
Dini

İslam

Onlar çinlilərlə eyni milləti təşkil edir, bir dildə danışır, eyni tip yazıdan istifadə edirlər. Onların başqa bir xüsusiyyəti də müsəlman olsalar belə, ərəb adları deyil, Çin adlarından istifadə etmələridir. Tək fərq onların İslam dininə sitayiş etmələri, nəticədə də məişət və gündəlik həyatda buna uyğun dəyişikliklərdir. Onlar Çin deyil, İslam mədəniyyətinin daşıyıcıları hesab olunurlar. Huey-szılar Çinin tarixində də fəal şəkildə iştirak etmiş, Tszin sülaləsi zamanı baş vermiş dunqan-uyğur (1862-1877) üsyanında hakimiyyətlə mübarizədə aktiv surətdə döyüşmüşlər. XX əsrdə Çində baş vermiş hadisələrdə də iştirak edərək, kommunistlərə qoşulmuşdurlar.

Çinin Sian şəhərində məscid

Xuey-tszular Çinin şimalındakı Ninsya-Xuey muxtar rayonunu əhalisinin böyük əksəriyyətini təşkil edirlər. Buradan başqa böyük şəhərlərdə və bütün Çin ərazisinə yayılmışdırlar. Sayları 10 milyondan artıqdır.