Humanoid robotları xarici görünüşünə görə insan formasına və buna uyğun konstruksiyaya malik olan robotlardır. Çox vaxt bu robotlarda hərəkət insanda olan oynaqların vəziyyəti və hərəkət formasına uyğun reallaşdırılır. Human robotları digər robotlardan fəqrli olaraq iki ayaqla hərəkət edir. İnsanla eyni bənzərə malik robotlar androidlərdir. Müasir robotların təkcə hərəkəti yox, həm də situasiyalarda qərar qəbuletmə qabilliyətinə malik olması üçün onların hərəkəti süni intellektlə idarə olunur. İldən-ilə bu sahənin inkişafı humanoidlərin daha intellektli olması üçün baza yaradır. Bu sistemlər “yaşama” dövründə nəzarət, interaksiya və kommunikasiya sayəsində öyrənir və bilik bazasını zənginləşdirir. Əlbəttə belə mürəkkəb hərəkət həssas, dəqiq senzorların köməyi ilə həyata keçirilir.
Humanoid robotlar hələ ki, yalnız elmi tədqiqat obyekti olaraq qalır. Gələcəkdə bu robotlardan sənayedə və məişətdə istifadə etmək planlaşdırılır. Bunun üçün robotların hərəkətetmə imkanlarını daha da zənginləşdirmək və maya dəyərini əlçatan səviyyəyə çatdırmaq qarşıda duran məsələlərdəndir.