Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 20 gün əvvəl Hatselate (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Hun İmperiyası — E.ə. 220-ci ildə Teoman tərəfındən qurulduğu qəbul edilir.
Tarixi dövlət | |
Hun imperiyası | |
---|---|
|
|
Paytaxt | Pannoniya |
Rəsmi dilləri | Hun dili, Qot dili |
Vikianbarda əlaqəli mediafayllar |
Hunlar köçəri və döyüşkən xalq olmuşlar, sənətkarlıq, xüsusi ilə də silahqayırma çox inkişaf etmişdi, hunların güclü hərbi texnikası olmuşdur. Hun dövlətləri başında olan şəxs "tanhu" ya da "şenyu" olaraq çağırılırdı. Hökmdarlıqda müqəddəslik anlayışı vardı. Ölkə, dini adət hökmlərinə görə idarə olunurdu. Hökmdarlıq atadan oğula keçirdi. Ölkə, oğullar arasında şərqi, qərbi, mərkəz olaraq miras bölünürdü. Türk dövləti hökmdarı arvadına "katun"(xatun) deyilirdi. İdarəçilikdə o, söz sahibiydi.
Böyük Hun İmperatorluğunun e.ə 220-ci ildə Teoman tərəfındən qurulduğu qəbul edilir. Teomandan sonra Mete xaqan (qədim Çin mənbələrində Mo-tun və ya Şanyu olaraq da adlandırılır ) dövləti böyük bir imperatorluğa çevirmişdir. Türk və Monqol boylarını bir yerə toplayan Mete, İpək yoluna hakim olmaq üçün Çin ilə döyüşlər aparmışdır.Bizim Eradan əvvəl, 200-cü illərdə Çinə qalib gələrək, onu vergiyə bağlamışdır. Metenin, Çini torpaqlarına birləşdirməyib, vergi almaqla idarəetməsinin əsas səbəbi, Çin oturaq həyatı və siyasi təsirindən uzaq durma olaraq izah olunur. Bundan başqa, Çinin çoxsaylı əhalisinin təsiri ilə Türklük özəlliklərinin itirilməsinin qarşısı alınmışdır. Metenin ölümündən sonra bir müddət gücünü qoruyan dövlət, eradan əvvəl 58-cı ildə Şərqi və Qərbi Hunlar adı ilə iki yerə ayrıldılar. Bu ikiyə ayrılışına Böyük Hun Dövlətinin iqtisadi sıxıntıları da səbəb olmuşdur. İmperiyanın başında durmuş Hohanyenin Çin hakimiyyətinə daxil olmaq istəmişdir. Bu düşüncəni qardaşı Çiçi, "atalarına hörmətsizlik" olaraq qəbul edib əsarət altına girməyi rədd etmiştir. Qərbi Hunlar, Çiçi idarəsi altında Talasın qərbinə hakim oldular. Ağhunların və Avropa Hunlarının qurulmasında əsas rol oynadılar. Qərb Hunlularının başında olan Çiçinin Çinə qarşı verdiyi mücadilədə qısa bir müddət sonra uğursuz olduğu görsənir. Bəlkə də ona görə ki, Çiçi, Çin ilə mücadilədə qədim Türk müharibə taktikalarını bir kənara qoyaraq bir şəhər qurub oranı qala halına gətirərək müdafiə taktikasına üstünlük vermişdir. Məğlubiyytəində təsirli olan digər xəta isə əmri altında olan əsgərlərə çox sərt davranmasıdır. Şərqi Hunlar HoHanye idarəçiliyində Talasın şərqində eradan əvvəl 48-ci ilədək hökm sürdülər. Çinin siyasi hərəkətləri nəticəsində, eradan əvvəl 58-ci ildə Güney (Cənub) və Kuzey (Şimal) Hunları olmaqla ikiyə ayrıldı. Kuzey hunları Xaqan Pi idarəçiliyində Moğol və Sibir düzənlikləri çevrəsində 156-ci ilədək davam etdi. Güney Hunları Panhu idarəçiliyində Uyğur hövzəsində və Çinə yaxın bölgələrdə 216-cı ilə qədər davam etdi. Güney Hunlarının yıxılması nəticəsində Çin siyasi üstünlüyü çərçivəsində bir çox kiçik Hun dövləti qurulmuşdur. Bu Hun dövlətləri Göytürk siyasi üstünlüyünə qədər davam etmişdir.
IV əsrin sonlarına doğru Balamirin liderliyində qərbə doğru yeriyən Hunların bir hissəsi ilk dəfə Şərq Anadoluya girdilər. 374-cü ildə hunların xanı seçilən Balamir qərbə doğru xeyli irəliləyərək xeyli torpaqlar almış, şərqi german tayfalarını öz tərəfinə çəkmişdi. 375-ci ildə o, Dnepri keçərək viziqotları da məğlub etmişdi. Onun dönəmində hunlar müxtəlif istiaqamətlərdən yavaş-yavaş Roma imperiyasının sərhədlərinə doğru irəliləyirdilər. O cümlədən Qafqazdan keçərək Anadoluda Roma ordusunu məğlub etmişdilər. Balamirin ölümündən sonra oğlu ya da nəvəsi olduğu güman edilən Uldızin dövründə hunlar, Karpat dağlarını aşıb Macarıstana girərək burada Avropa Hun Dövlətini qurdular. Avropa Hun Dövlətinin xarici siyasəti Uldız dövründə təyin olunmuşdur. Uldız, Bizansı təzyiq altına almaq məqsədiylə Trakya üzərinə yeridi. Barış istəyən Trakya qubernatoruna "Günəşin batdığı yerə qədər hər yeri zəbt edə bilərəm" deyərək Şərqi Romaya (Bizansa) meydan oxudu. Türklərin gücündən çəkinən Bizans, müqavilə bağlayaraq Hunların üstünlüyünü qəbul etdi. Bu dövrdə Hunlar, Orta Avropadan Xəzərin şərqinə qədər uzanan geniş torpaqlara sahib olmuşdular. Dövlətin şərq bölgəsini Karatonun idarə etdiyi bilinirsə də bu hökmdar haqqında elə də çox məlumat yoxdur.
Hökmdar soyundan olan Rua 422-ci ildə taxtı ələ keçərərək, ölkəni qardaşları Muncuk, Oktar və Aybars ilə birlikdə idarə etdi. Muncukun erkən ölümü sonra Aybars ölkənin şərq qanadının rəhbərliyinə, Oktar isə qərb qanadının rəhbərliyinə gətirildi. Rua, Uldızın təyin etdiyi Hun xarici siyasətini davam etdirdi. Casusluq fəaliyyətlərini irəli sürərək 422-ci ildə Bizans üzərinə bir səfər təşkil etdi. Bu səfər nəticəsində Bizans ağır bir vergiyə bağlandı. Rua, altmış minlik bir ordunu Qərb Romaya göndərərək Bizans İmperatoru Theodosiusı (Teodosyus) döyüşmədən geri çəkilmək məcburiyyətində qoydu. Rua, Muncuğun gənc oğlu Atillanı dövlət işlərinə yaxından cəlb etmişdi. Butun səfərlərdə əmisi Ruanı muşayiət edən Atilla dövlət idarəçiliyinə böyuk maraq göstərərək, daxili və xarici siyasət məsələlərini dərindən öyrənmişdi. Rua, 434-cü ildə Bizans üzərinə yeni bir səfər ərəfəsində öldü.
Hun xaqanlığının hökmdar taxtı Atillaya etibar edildi, böyük qardaşı Buda isə ona köməkçi oldu. Atillanın dövründə Hun Dövləti ən parlaq dövrünü yaşadı. Atilla cəsur və döyüşkən sərkərdə olmaqla yanaşı, dövrünün savadlı və müdrik dövlət başçılarından idi. O, bir sıra başqa dilləri, o cümlədən yunan dilini sərbəst bilirdi. Ruanın ölümündən sonra Hun dövlətnin zəifləyəcəyinə ümid bəsləyən Qərb hakimləri tezliklə Atillanın timsalında daha qüdrətli şəxsiyyətin meydana çıxmasnının şahidi oldular. Təsadüfi deyil ki, avropalılar bütün Qərb dünyasına meydan oxuyan Atillanın onları "etdikləri günahlara görə" cəzalandırmaq üçün Tanrı tərəfindən göndərildiyinə inanır və buna görə də böyük hun xaqanını "allahın bəlası", "Tanrının qamçısı" adlandırırdılar.
441-ci ildə Atillanın Bizans üzərinə yürüşə başladı. Bizans tərəfindən 434-cü il Maqros müqaviləsinin şərtlərinin pozulması və Maqros yepiskopunun konstansa yaxınlığındakı hun başçılarının məzarlarını qarət edərək, qiymətli qəbir əşyalarını və silahları oğurlaması Atillanın qəzəbinə səbəb olmş və onu bu addımı atmağa vadar etmişdi. Zəifləmiş Qərbi Roma imperiyasının bir sıra ərazilərini ələ keçirmiş hun xaqanlığı Bizans imperiyasını da özündən asılı vəziyyətə saldı. Bu dövrdə Atilla artıq "Dünyanın hakimi" hesab edilirdi. Bir müddət sonra, 447-ci ildə, Bizansın Marqos müqaviləsinin şərtlərini yenidən pozması nəticəsində Atilla ikinci Balkan səfərinə çıxdı. O, bir sıra şəhərləri ələ keçirib ölkənin paytaxtı Konstantinopola yaxınlaşdı. Konstantinopolun hunlar tərəfindən fəthi reallaşdı. Bunu görən Bizans imperatoru Teodosios tələm-tələsik öz elçilərini Atillanın hüzuruna göndərərək , Hun xaqanına barışıq təklif etdi və onun şərtlərini qəbul etməyə hazır olduğunu bildirdi. Danışıqlar nəticəsində Bizans Marqos müqaviləsinin əməl etməklə yanaşı, 600 librə qızıl hərbi təzminat ödəməyi, Dunayın 5 günlük məsafəsində qoşun saxlamamağı, illik bacı 700 librədən 2100 librə qızıla çatdırmağı öhtəsinə götürürdü. Ağır sülh şərtləri Bizansı süqut təhlükəsi qarşısında qoydu. Hun xaqanlığı qarşısında aciz qalan imperator Teodosios Atillanı məhv etmək məqsədilə sui-qəsd hazırladı. Bu qəsdin qarşısını alan Atilla bağladığı müqaviləyə sadiq qalaraq yenidən Bizans üzərinə yerimədi. Hun xaqanı Bizansın ciddi şəkildə sarsıldığına əmin olduğu üçün əsas zərbəni Qərbi Roma imperiyasına qarşı çevirdi. Atilla 200 min nəfərlik ordusunu Orlean istiqamətində hərəkət etdirdi. Tarixdə "Xalqlar vuruşması" kimi məşhur olan bu döyüşdə bütün Qərbi Avropa Atillaya qarşı birləşdi. 451- ci il iyunun 20-də Katalaun çölündə dünya tarixinin ən qanlı döyüşlərindən biri baş verdi. Hun xaqanı bu döyüşdən də qalib çıxdı. Roma imperiyasının mühüm strateji əhəmiyyətə malik olan ərazisi Qalliya Qərbi Hun xaqanlığının əlinə keçdi. Düşmənə ciddi zərbə vuruldu. Lakin ağır döyüşdən sonra özünün hərbi səfərləri tarixində ilk dəfə çoxlu itkilərə məruz qalmış olan və ordusuna istirahət verməyi qərara alan Atilla düşməni təqib etmədi. Bir ildən sonra Atilla Roma imperiyasını tamamilə aradan qaldırmaq üçün həlledici yürüşə başladı. 452- ilin yazında Atilla Po ovalığı ilə İmperiyasının o zamankı paytaxtı Ravennaya doğru hərəkət etməyə başladı. Roma imperatoru müqavimət göstərməyin mənasız olduğunu başa düşüb təslim olmaq qərarına gəldi. Papa I Leonun rəhbərlik etdiyi Roma elçiləri Atillanin hüzuruna gəldilər. Papa böyük Hun xaqanından Romanı əfv etməsini xahiş etdi. Atilla, Roma imperiyasının təslim olduğunu nəzərə alaraq, zəngin tarixi abidələri, kitabxanaları olan Roma şəhərinə qoşun yeritmədi. Bundan sonra Atilla Roma imperiyasının iri şəhərlərindən olan Milan və Akvileyanı ələ keçirdi. Artıq bütün Avropa, o cümlədən Roma və Bizans imperiyaları Atillanın hakimiyyətinə tabe olub ona bac verirdilər. Atilla Şərq ölkələrini də itaət altına almaq məqsədilə Sasanilər üzərinə yüryş etməyə hazırlaşırdı. Lakin böyük Hun xaqanının Şərq səfəri yarımçıq qaldı. İtaliya səfərindən qayıtdıqdan sonra, 453- cü ildə Hun sarayında İldiko adlı şahzadə qız ilə özünün toy məclisini quran Atilla həmin gecə qəflətən öldü. Hun xaqanının bu müəmmalı ölümü indiyədək sirr olaraq qalır. Məzarın düşmən əlinə keçməsinin və qarət edilməsinin qarşısını almaq məqsədilə dəfn mərasimindən sonra çayın yatağı dəyişdirilərək, onun üzərindən axıdıldı. Buna görə də indiyədək Atillanın qəbrini aşkar etmək mümkün olmamışdır. Atillanın ölümündən sonra Hun xaqanlığı zəiflədi. Böyük hökmdarın varisləri dövlətin əvvəlki qüdrətini qoruyub saxlaya bilmədilər. O, dünyasını dəyişəndə 84 oğlu vardı. Qızlarının sayını bilən yox idi. 453-də, Atilla öləndən sonra oğulları arasında hakimiyyət üstə dava düşdü. Onların içində anası avropalı olan çoxlu oğlan vardı.
Hunlar bütün xalqları məğlub etmişdilər. Məğlub etmədikləri bircə xalq özləri idilər. Atilla öləndən sonra özləri ilə vuruşmağa başladılar. Bu döyüşlərdə isə qalib və məğlub olmadı. Dünyanın dövlətçilik, hərb sənəti və mədəniyyət tarixində dərin iz buraxmış Hun xaqanlığının varisləri olan türk xalqları, hunlar, avarlar, bulqarlar, xəzərlər, suvarlar, qıpçaqlar, peçenqelər və başqaları özlərinin yeni dövlət qurumlarını, hərbi- siyasi birliklərini yaratmağa başladılar.