Hvarda dini yürüş—(xorv. Za križen) Xorvatiyanın Hvar adasında hər cümə axşamı təşkil edilən ənənəvi gecə yürüşünün adı.
Bu tədbir misilsiz bir xüsusi dindarlıq ayini və Hvar adasının mərkəzi hissəsinin sakinlərinin dini və mədəni şəxsiyyətinin ifadəsidir və beş əsrdir ki, fasiləsiz olaraq icra olunur. Həm müddəti baxımından (8 saat ərzində 25 kilometr qət etmək) həm də məzmununa görə müstəsna bir xarakter kəsb edir. Roma Katolikləri Cəmiyyəti və ya qardaşlığı tərəfindən hazırlanır və həyata keçirilir. Yürüşün əsasını "Gözləri yaşaran İlahi Ana" adlı XV əsrə aid mətnin seçilmiş ifaçılar, kantadurlar tərəfindən musiqili dialoq formasında ifası təşkil edir.[1].
Bu tədbirə hər il axşam saatlarında 6 kilsədən — Vrban, Vrboska, Jelsa, Pitve, Vrisnik və Svirçe kilsələrindən eyni zamanda 6 yürüşlə start verilir. Hər bir yürüş böyük bir dairə üzrə hərəkət edir ki, təyinat nöqtəsinə səhər saat 7-də çata bilsin. Hər bir yürüşü xaçı daşıyan xaçlılar aparır. Xaçlının rolu adadan böyük şərəfə malikdir, bu səbəbdən də bu xaçlıları 20 ildən artıq bir müddətdə müəyyən edilirlər. Xaçlını böyük şamdanları daşıyan iki müşayiətçi, iki ifaçı və bir neçə respondent kimi köməkçilər müşayiət edir. Onlar "Gözləri yaşaran İlahi Ana"nı ifa edirlər. Onlar hamısı rəsmi geyimdə — ağ qardaşlıq geyimində olurlar. Ən böyüyü olan Yelzanski 1000 zəvvardan ibarətdir. Yelzanski yürüşündə xüsusi adət də var ki, son 100 metrəni xaçlılar qaçaraq qət edirlər.
Yürüş müddətində zəvvarlar dua edir və "Gözləri yaşaran İlahi Ana"nı ifa edirlər.
Xaç yürüşü 1510-cu il tarixinə aid edilən Müqəddəs Xaçın çarmıxa çəkilməsi ilə bağlıdır. Çarmıx Hvar məbədində qorunur. Arxiuv yazılarına görə 1510-cu ildə Xaç Nikolay Bevilakenin evində qorunub saxlanılıb. 1510-cu il 6 fevral tarixində sadə insanlarla əyanlar arasında baş verən toqquşmalardan sonra Xaç qana boyandı. həmin tarixdən Xvarda xaça ibadətin tarixi başlayır. Bu yürüşlə bağlı ilk yazılı məlumat 16 fevral 1658-ci ilə təsadüf edir.
2009-cu ildə Dini yürüş ənənəsi UNESCO Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi[2].