Hyper-Threading

Hyper-Threading (HT) — Pentium 4 prosessorunda reallaşdırılmış yeni texnologiyanın adı. Bu texnologiya prosessorun istifadə olunmayan registr və bloklarının imkanlarından istifadə edərək onun məhsuldarlığını 30%-dək artırır. Nəticədə masaüstü kompüter iki fərqli proqramı eyni zamanda, yaxud bir proqramı təkprosessorlu sistemlə müqayisədə daha tez yerinə yetirə bilər. Əməliyyat sistemləri üçün bu prosessor paralel işləyən iki prosessor kimi görünür.

  • İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. "İnformasiya Texnologiyalar" nəşriyyatı, "Bakı" nəşriyyatı. 2017.