III Leon (Abxaziya çarı)

III Leon (gürc. ლეონ III; bilinmirən tezi 967) — II Giorgidən sonra taxta çıxan və 960-969-cu illər arasında ölkəni idarə edən Abxaziya çarı.

III Leon
957 – 967
ƏvvəlkiII Georgi (Abxaziya çarı)
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Vəfat tarixi ən tezi 967

926-cı ildə Leon sonuncu uğursuz üsyandan sonra II Georgi tərəfindən kor və kastrasiya edilmiş böyük qardaşı Konstantini Kartli çarı kimi əvəz etmişdir. II Georgi hökmdarı həmçinin Kartliyə iddia qaldıran II Kvirikenin hakimlik etdiyi ən şərqi gürcü knyazlığı olan Kaxetiyə qarşı kampaniyasını davam etdirmişdir. Georgi və Leonu Kvirikenin qardaşı olan kürəkəni Şahzadə Şurta dəstəkləmiş, ardınca Ucarma qalasını abxazlara vermişdir. Kvirike məğlub olmuş və həbs edilmiş, yalnız Abxaziya çarına tabe olduqdan sonra azad edilmişdir. Tezliklə Kvirike yenidən hücuma keçmiş və Kartlidə üsyana səbəb olmuşdur. 957-ci ildə Georgi oğlu Leonun başçılığı ilə böyük bir ordu göndərmiş, lakin çar ekspedisiyada ölmüş və Leon Kvirike ilə sülh bağlamaq məcburiyyətində qalmış, nəhayət kampaniyasını başa vurmuşdur. Kvirike oğlu Davidin qızı Leonla evlənməsinə razılıq verməyə məcbur qalmışdır. Sülh uzun sürmədi, çünki şahzadə tezliklə vəfat etmiş və iki tərəf arasında inamsızlıq yaranmışdı. Leon yenidən Kaxetiyə hücum etmiş və Muxnari, Xerki və Bazaletini mühasirəyə almışdır. O, Bazaletidə 967-ci ildə xəstələnərək vəfat etmişdir. Onun yerinə qardaşı III Dimitri keçmişdir.[1]

  1. З. Анчабадзе, Грузинская советская энциклопедия, III, с. 459, Тбилиси, 1978

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]