II Çarlz Emanuel (it. Carlo Emanuele II di Savoia) (20 iyun 1634[1][2][…], Turin – 12 iyun 1675[3][4][…], Turin) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Fransa kralı IV Henrinin qızı Kristinadır.
II Çarlz Emanuel | |
---|---|
Əvvəlki | Savoyyalı Fransisk |
Sonrakı | II Viktor Amadeus |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 iyun 1634[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyun 1675[3][4][…] (40 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəsm kolleksioneri[d] |
Atası | I Viktor Amadeus |
Anası | Fransalı Kristina |
Həyat yoldaşları |
Orleanlı Fransiska Medlin Savoyyalı Mariya Janna |
Uşağı | II Viktor Amadeus |
Ailəsi | Savoyya sülaləsi |
Dini | Roma-Katolik kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Atasının ani vəfatı və azyaşlı qardaşı Fransiskin cəmi 1 illik qısa səltənətinin ardından, hələ 4 yaşında ikən Savoyya hersoqu oldu. Eynilə qardaşı kimi, azyaşlı olması səbəbilə 1648-ci ilədək səltənət anası Kristina tərəfindən idarə edildi. Hətta bu tarixdən sonra da anası 1663-cü ildəki ölümünədək səltənətdə söz sahibi olmuş, Çarlz Emanuel eyş-işrət dolu həyat yaşamışdır.