II Georgi (Abxaziya çarı)

II Georgi (gürc. გიორგი II) — 923-957-ci illərdə hakimiyyətdə olmuş Abxaziya çarı.[1] II Georgi Ançabadze sülaləsindən III Konstantinin oğlu və varisidir. Onun hakimiyyəti dövrü Abxaziya krallığının siyasi və mədəni cəhətdən çiçəklənmənin zirvə dövrü kimi qəbul edilir.

II Qeorqi
გიორგი II
Abxaziya çarı
923 – 957
ƏvvəlkiIII Konstantin
SonrakıIII Leon
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası III Konstantin

II Georgi xələflərinin ölkə ərazisini genişləndirmə siyasətini davam etdirirdi. Onun əsas məqsədlərindən biri də Gürcüstanı birləşdirmək idi. Ögey qardaşı Baqratın üsyan qaldırması səbəbindən bütün ölkə ərazisində hakimiyyətini tam bərqərar etməsi bir müddət gecikdi.

II Georginin taxta çıxmasından əvvəlki dövrdə Abxaziya krallığının xəritəsi

II Georgi 923-cü ildə atası III Konstantinin vəfatından sonra taxta çıxdı. Bu dövrdə Georginin kiçik qardaşı Baqrat qardaşının hakimiyyətini qəbul etmədi və üsyan qaldırdı. Baqrat əyanlardan bir hissəsinin dəstəyini alaraq qardaşını hakimiyyətdən uzaqlaşdırmağı planlaşdırırdı. Baqratın üsyanına qayınatası II Qurqen tərəfindən dəstək verilirdi. Qarşıdurma təxminən yeddi il davam etdi və 930-cu ildə Baqratın qəfil ölümü ilə sona çatdı. II Georgi taxtın mühafizəsini təmin etmək məqəsdilə oğlu Konstantini 923-cü ildə Kartli hersoqu təyin etdi, lakin oğlu 926-cı ildə II Georgiyə qarşı üsyan qaldırdı. II Georgi Kartliyə daxil oldu və Uplissixe şəhərini mühasirəyə aldı. Konstantin ələ keçirilərək kor[2] və xədim edildi. Elə həmin il digər oğlu Leonu (gələcəkdə III Leon) yeni Kartli hersoqu olaraq təyin etdi.

930-cu ildə II Georgi yepiskop-şahzadə II Kvirikeyə qarşı yürüş etdi və onun tabeliyindəki əraziləri ələ keçirdi.[3] II Georgi Kartlidəki mövqeyini gücləndirmək üçün Baqrationilər sülaləsi ilə müttəfiq oldu və nikah diplomatiyası ilə bu müttəfiqliyi gücləndirdi. İntiqam almaq üçün hərəkətə keçən II Kvirikenin qarşısını almaq üçün II Georgi oğlu Leonun rəhbərliyi altında Kvirikeyə qarşı böyük bir ordu göndərdi. Lakin II Georgi yürüş zamanı vəfat etdi. Leon atasının ölümündən sonra Kvirike ilə sülh müqaviləsi bağlamağa məcbur oldu və yürüş heç bir nəticə vermədi.

  1. Selon Cyrille Toumanoff de 915/916 à 959/960 et selon René Grousset, qui cite Marie-Félicité Brosset, de 921 à 955.
  2. René Grousset, Histoire de l’Arménie des origines à 1071, Paris, Payot, 1947 (réimpr. 1973, 1984, 1995, 2008), 644 p., p. 472-473.
  3. Rayfield, Donald. Edge of Empires: A History of Georgia. London: Reaktion Books. 2012. 61. ISBN 978-1780230306.
  • Cyrille Toumanoff, Les dynasties de la Caucasie chrétienne de l'Antiquité jusqu'au xixe siècle : Tables généalogiques et chronologiques, Rome, 1990, p. 75 et 535.
  • Marie-Félicité Brosset, Histoire de la Géorgie, et Additions IX, p. 175.
  • René Grousset, Histoire de l’Arménie des origines à 1071, Paris, Payot, 1947 (réimpr. 1973, 1984, 1995, 2008), 644 p., p. 453-455 & 472-73.