II Kəkələyən Lüdovik (lat. Ludowicus Balbus, fr. Louis le Begue; 1 noyabr 846[1] – 10 aprel 879[1]) — 866-cı ildən Akvitaniya kralı (III Lüdovik adı ilə), Qərbi Frank krallığının hökmdarı, 877-ci ildən Lotaringiya kralı və Provans kralı. Karolinqlər sülaləsindəndir. II Keçəl Karl və Orleanlı İrmentrudanın oğludur.
II Kəkələyən Lüdovik | |
---|---|
fr. Louis II le Bègue | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 noyabr 846[1] |
Vəfat tarixi | 10 aprel 879[1] (32 yaşında) |
Fəaliyyəti | monarx |
Atası | II Keçəl Karl[2] |
Uşaqları | |
Ailəsi | Karolinqlər sülaləsi[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Lüdovik 8 oktyabr 877-ci ildə Reyms arxiyepiskopu Hinkmar,[3] 878-ci ilin avqustunda isə Roma papası VIII İoann tərəfindən taclandırılmışdır.[4]