II Məhəmməd Buğra xan

Məhəmməd bin Yusif xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1055. ildə qardaşı Süleyman Arslan xanı öldürdükdən sonra hakimiyyətə gəlmişdir.

II Məhəmməd Buğra xan Qaraxani
bayraq
Şərqi Qaraxanilər dövlətinin II xaqanı
1055 – 1057
ƏvvəlkiSüleyman Arslan xan
SonrakıI İbrahim Buğra xan
Şəxsi məlumatlar
Vəfat tarixi 1057
Atası Yusif Qadir xan
Həyat yoldaşı Xanısı xatın
Uşaqları İbrahim xan və Hüseyn xan
Dini İslam

Saray çevrilişi

[redaktə | mənbəni redaktə et]

Məhəmməd Buğra xanın həyat yoldaşı Xanısı xatun oğlu Xanzadə İbrahim xanı taxta çıxarmaq üçün böyük bir şənlikdə Məhəmməd Buğra xanı, ögey oğlu Xanzadə Hüseyn xanı və Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub bir neçə xanzadəni zəhərlədi. Bəzi Xanzadələr içərisində Xanzadə Mahmud xanda olmaqla başqa şəhərlərə qaçdılar, İbrahim Buğra xan taxta çıxdıqdan sonra adamlarına ölkənin hər bir qarışını axtarıb onları edam eləmələri göstərişini verdi. Bəzi Xanzadələr canlarını qutarıb başqa ölkələrə qaçdılar.

  1. Xanzadə Hüseyn xan Qaraxani
  2. Xanzadə İbrahim Buğra xan Qaraxani
  1. Xanzadə Mahmud Qaşqarlı– Xanzadə Hüseyn xan Qaraxaninin oğlu.