II Nəzərəli xan Şahsevən — 1797-1808-ci illərdə Ərdəbil xanlığının sonuncu hakimi.[1]
Nəzərəli xan Şahsevən | |
---|---|
Nəzərəli xan Sarxanbəyli-Şahsevən | |
1797 – 1808 | |
Əvvəlki | Nəsir xan Şahsevən |
Sonrakı | xanlıq ləğv olunub Fərəcullah xan Şahsevən naib kimi |
Şəxsi məlumatlar | |
Atası | Nəsir xan Şahsevən |
Ailəsi |
Sarxanbəyli Şahsevənlər |
Dini | Şiə İslam |
O, ya Nəsir xan Şahsevənin oğlu[2] ya da adı açıqlanmayan bir oğlu vasitəsilə Nəzərəli xan Şahsevənin nəvəsi idi.[3] O, 1799-cu ildə Ərdəbil xanı kimi qeyd edilmişdir.[4] Lakin 1804-1813-cü illər rus-Qacar müharibəsinin başlanması onun hakimiyyətini qeyri-sabit etdi. O, 1804-cü ilin iyununda Əliqulu Şahsevənin başçılığı ilə bir ordunu Abbas Mirzənin köməyinə göndərdi. 1805-ci ildə Ərdəbildə Fətəli şah Qacarı qonaq etdi.[5] Əmisi Fərəculla 1806-cı ildə Qarabağda Qacar ordusunun tərkibində qaynı Əbülfət xan Cavanşirə kömək etdi. Şahsevən tayfalarının bir neçə məğlubiyyətindən sonra Abbas Mirzə Ərdəbil şəhərini qalaya çevirdi və Gərruslu Nəcəfqulu xanı komandir kimi təyin etdi.[6] Şahsevən başçıları xəyanətdən qorxaraq Talış xanlığına qaçdılar.
Lakin tezliklə ruslara qarşı süvari dəstəyi və Qacarlarla Talış xanlığı arasında nikah ittifaqı yaratması müqabilində Abbas Mirzə tərəfindən bu dəfə Ərdəbil valisi kimi təyin olundu. Lakin bunda uğurlu ola bilməyib 1809-cu ildə əmisi ilə birlikdə zindana salınaraq Təbrizə göndərildi. Abbas Mirzə Ərdəbil xanlığını ləğv etdi və onu Qacar İran vilayətinə çevirdi və oğlu Cahangir Mirzəni vali təyin etdi.
O, bir vaxtlar Talışlı Mir Mustafa xanın qızı Qəmər ağa xanımla evlənmişdi.[7] Qızı Bahar xanım (yaxud Şahbəyim ağa) 1831-ci ildə Qacar şahzadəsi Seyfəldövlət ilə evləndi.[8] Qustav Raddeyə görə, onun Məhəmməd xan və Balaca xan adlı iki oğlu olub. Məhəmməd xan 1843-cü ildə şahsevənlərin rəhbəri oldu.