II Pepi

II Pepi (e. ə. XXIII əsre. ə. 2180-ci illər) — Qədim Misirin VI sülalədən olan fironu. Təxminən e.ə 2279-2219 aralığında hakimiyyətdə olmuşdur.

II Pepi
Qədim Misir fironu
tx. e.ə 2279 – tx. e.ə 2219
ƏvvəlkiI Merenra
SonrakıII Merenra
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. XXIII əsr
Vəfat tarixi e. ə. 2180-ci illər
Dəfn yeri
Fəaliyyəti dövlət xadimi
Atası I Pepi və ya I Merenra
Anası II Anxesenpepi (Anxesenmerira)
Həyat yoldaşları IV Anxesenpepi, III Anxesenpepi, II Iput, Udyebten, Neis
Uşaqları Merenra, Nitokris və daha 2 adı naməlum uşaq
Ailəsi Altıncı sülalə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və hakimiyyət illəri

[redaktə | mənbəni redaktə et]

II Pepi I Pepi və II Anxesenpepinin ən kiçik oğlu, II Merenranın qardaşı, firon Tetinin nəvəsi, ilk qadın vəzir Nebetin nəticəsi. Bəzi qaynaqlarda II Pepinin atasının ölümündən sonra 6 yaşında taxta çıxdığını və 94 il hakimiyyətdə qalaraq 100 yaşında vəfat etdiyi göstərirlər. Lakin müasir dövrdə qəbul edilmişdir ki, bu məlumatlar doğruluğu əks etdirmir və tarixi artefaktların yanlış təhlili nəticəsində yaranmışdır. Güman edilir ki, II Pepi az yaşında firon olsa da, yalnız 60-70 il arası hökm sürmüşdür.

Cənubi Sakkar daşlarında II Pepi I Pepinin yox I Merenranın oğlu kimi verilib. Beləki bu yazılara əsasən I Pepinin ölümündən sonra I Merenra onun həyat yoldaşı II Anxesenpepi ilə evlənmiş və izdivacdan II Pepi doğulmuşdur. Belə olan halda I Pepi II Pepinin babası olur. Hal-hazırda bir çox misiroloqlar məhz bu versiyanın doğruluğunu müdafiə edirlər.

II Pepi hakimiyyətə gələndə cəmi 6 yaşı olduğundan ölkə o yetkinliyə çatana qədər anası və çati tərəfindən idarə edilirdi.

Onun dövründə mərkəzi hakimiyyət zəifləyir. Güclənən nomarxlar (Qədim Misir inzibati bölgələri idarə edənlər) mərkəzi hakimiyətə tabe olmayaraq bir-biri və qonşu ölkələrlə mübarizəyə başladılar.

II Pepinin hakimiyyəti zamanı ənənəyə çevrilən Nubiya, Liviyaya yürüşlərlə yanaşı, misir ordusu daha uzaq ərazilərə də hücumlar edirdilər. Məsələn nomarx Harxufun Ekvatorial Afrikaya yürüşü uğurlu alınmış, böyük qənimət ələ keçirilmişdir. Harxuf İam torpaqlarından II Pepi üçün gətirdiyi balaca boy piqmey ( Nilin aşağı axarında yaşayan qəbilə) azyaşlı firon üçün çox böyük hədiyyə idi. Bu cür qullar hökmdarın təlxəyi olurdular.

Nubiyada baş verən üsyanı yatırmaq üçün II Pepi Nomarx Pepinaxt Heqaibi ora göndərir. Bu yürüşün uğurlu bitməsi Pepinaxtın nüfuzunu artırır. Pepinaxtın Nubiyaya yeni hücumu nəticəsində çox böyük qənimət əldə edilir.

II Pepinin piramidası

[redaktə | mənbəni redaktə et]
II Pepinin piramidalar kompleksinin müasir vəziyəti

II Pepinin məbəd kompleksi Sakkarda yerləşir. Kompleks əsas piramida, həyat yoldaşları üçün tikilmiş 3 və ayinlər üçün ucaldılmış 4 piramidadan ibarətdir. İlk vaxtlar əsas piramidanın hündürlüyü 78,5 metr olsa da, sonradan zaman keçdikcə hündürlük azalmışdır və hal-hazırda 52 metr təşkil edir.