II Qriqor Supan

II Qriqor Supan — 859–912/913-cü illərdə[1] (və ya 910[2]) hakimiyyətdə olmuş Qeqarqunik hakimi.[2]

II Qriqor Supan
Şəxsi məlumatlar
Atası Vasak Qabur
II Qriqor Supanın sifarişi ilə inşa edilmiş Kotavəng kilsəsinin xarabalıqları.
II Qriqor Supan Tatev monastırının inşasında Aşot Süniyə kömək etmişdi.

Sünik sülaləsinin Qeqarqunik Haykazunları nəskindən olan[2] II Qriqor Supan Vasak Qabur və şahzadə Məryəm Baqratuninin böyük oğludur.[3] 895–906-cı illərdə Tatev monastırının inşasında Aşot Süniyə yardım etmişdir.[4] Monastır kilsəsinin şimal fasadında digər sifarişçilərlə birgə II Qriqor Supanın da heykəli vardır. II Qriqor eyni zamanda Göyçə gölü sahilindəki Kotavəng kilsəsi və Makenatots kilsəsini də inşa etdirmişdir.[5] II Qriqor Supan Sacilər sülaləsindən olan Azərbaycan əmiri Yusif ibn Əbu-Sac tərəfindən döyüşdə öldürülmüşdür.[2] Varisi, oğlu Aşotdur.[6]

"Tanrının erməni ölkəsinə sakitlik və əminamanlıq bəxş etdiyi günlərdə, nahararlar təhlükəsizlikdən əmin olmaq üçün tikinti işlərinə başladılar, monastırların və şəhərlərin ətrafında möhkəm qalalar, keçilməz səddlər inşa etdirdilər. Hamıdan çox isə Gelam gölünün ətrafındakı əraziləri idarə edən Haykazun nəslindən Qriqor və onun qardaşları Saak və Vasak inşa etdirdilər."

Hovannes Drasxanakertçi - "Ermənistan tarixi"[7]
  1. См. Qeyd 129 Arxivləşdirilib 2012-03-02 at the Wayback Machine
  2. 1 2 3 4 V. Minorsky. Studies in Caucasian History Arxivləşdirilib 2021-02-06 at the Wayback Machine. — CUP Archive, 1953. — P. 72
  3. Lynn Jones. Between Islam and Byzantium: Aght'amar and the visual construction of medieval Armenian rulership. — Ashgate Publishing, 2007. — P. 98. — 144 p. — ISBN 0754638529, ISBN 9780754638520:

    Grigor Supan II was the nephew of Smbat I; his mother Mariam, the king’s sister

  4. Nicholas Holding. Armenia: with Nagorno Karabagh Arxivləşdirilib 2014-03-05 at the Wayback Machine. — Bradt Travel Guides, 2006. — С. 256
  5. Степанос Орбелян. История области Сисакан. — Ер., 1986. — С. 166.
  6. Tovma Artsruni, III, 23
  7. Иованнес Драсханакертци. гл. XL // История Армении Arxivləşdirilib 2020-02-20 at the Wayback Machine. — Ер., 1986.