II Təzəkənd yaşayış yeri (Şərur)

II Təzəkənd yaşayış yeri — Şərur rayonunda, eyniadlı kəndin şimal-şərqində orta əsrlərə aid yaşayış yeri.

Əsas sahəsi əkin yerinə çevrilmişdir; qalan hissəsinin sah. 2 ha-dır. Yaşayış yerinin mərkəzi hissəsi yer səthindən 1-1,5 m hünd.-də olan təpə şəklindədir (mədəni təbəqənin qalınlığı 1-2,5 m). Bəzi yerlərdə aşınma nəticəsində dağılmış mədəni təbəqə kül qarışıq torpaq laylarından ibarət olub, gil qab (küpə, dolça, çıraq, çölmək və kasa tipli qablar) qırıqları, osteoloji və tikinti qalıqları ilə zəngindir. Şirli saxsı məmulatı kasa və nimçə tipli qablardan ibarətdir. Abidənin VII-XVII əsrlərə aid olması ehtimal edilir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Abidələri Ensiklopediyası