II Yekaterina abidəsi (Naxçıvan-na-Donu)

II Yekaterina abidəsiRostov-na-Donu şəhərində vaxtı ilə yerləşən monumental abidələrdən biri. Abidə rus çariçası II Yekaterinanın şərəfinə ucaldılmışdır. Abidənin müəllifi Matvey Afanaseviç Çijov və Matvey Matveeviç Çijov olmuşdur. Abidə 1894-cü ildə quraşdırılmışdır. Abidə Sovet hakimiyyəti qurulduqdan sonra dağıdılmışdır. Bu abidənin altlığı üzərində isə Karl Marksa heykəl ucaldılmışdır.

II Yekaterina abidəsi
Памятник Екатерине II
Xəritə
Ölkə Rusiya
Yerləşir Rostov-na-Donu
Memarlıq üslubu monumental heykəltəraşlıq
Tikilib 1894
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərdə II Yekaterina abidənin ucaldılması şəhər dumasının rəhbəri tərəfindən irəli sürülmüşdür. Abidənin ucaldılması 1879-cu ilə planlaşdırılırdı. Bu şəhərin salınmasının yüz illiyi münasibətinə düşünülürdü. Bununla belə vısait çatışmazlıı səbəbindən işlər dayanmışdı. Bu abidənin ucaldılması məsələsinə 1883-cü ildə şəhər rəhbəri Minas İliç Balabanov yenidən qayıtmışdır. 1890-cı ildə abidənin ucaldılması məqsədilə vəsaittoplanmağa başlanılır. Sankt-Peterburqda 15 arxitekturun işindən Matvey Afanasieviç Çijov və Matvey Matveeviç Çijovun hazırladığı abidə seçilmişdir. 1892-ci ildə abidənin bütün detalları işlənmişdi. Abidə bürüncdən hazırlanmışdı. Abidənin isə təntənəli açılışı 18 sentyabr 1894-cü ildə baş tutmuşdur. Onun yerləşdirilməsi və hazırlanmasına ümumilikdə 30 min rubl pul tələb olunmuşdu. 1917-ci ildə abidənin yeri dəyişdirilmişdir. Səbəb alman qoşunlarının şəhəri ələ keçirməsi olmuşdur.[1] Ağ qvardiyaçılar abidəni yerinə qaytardılar. 1920-ci ildə isə abidə sökülmüşdür.

Bürünc II Yekaterina abidəsi qranit altlıq üzərində yerləşirdi. Abidənin üzü qərbə istiqamətlınmişdi. Onun sağ əlində bir yarlıq, digər əli isə məhəllələri göstərirdi. Bu yarlıqda "İpmeratritsa II Yelizavetanın ermənilərə minnətdarlığı" əks olunur. II Yekaterinanın abidəsini Matvey Afanaseviç Mixail Opisoviç Mikeşinin eskizi əsasında hazırlamışdır. Bəzi detallar italyan firması tərəfindən hazlrlanmışdı.[2]

  1. Смирнов В., Летопись Ростова-на-Дону — Ростов-на-Дону: ЗАО "Книга", 1912. — С. 145.
  2. Илона Кувалдина. "Война бронзовых немцев". Официальный портал городской Думы и Администрации города. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.