INCLUDE direktivi

INCLUDE direktivi(en. INCLUDE directive ~ ru. директива INCLUDE ~ tr. INCLUDE direktifi) – proqramın ilkin kodunda (SOURCE CODE) olan və proqramın kompilyasiyası və ya çalışması zamanı başqa bir ilkin proqram faylını çağıran deyim. INCLUDE direktivindən istifadə edilməsi böyük ilkin kodu bir neçə kiçik fayllara bölməyə imkan verir; eləcə də eyni bir faylı bir çox proqramlarda istifadə etməyə imkan verir. C dilində verilmiş aşağıdakı nümunədə birinci INCLUDE direktivi 'stdio.h' standart başlıq faylını, ikinci INCLUDE direktivi isə proqramçının özünün yaratmış olduğu 'user_defined.h' başlıq faylını proqrama daxil edir.

  1. include <stdio.h>
  2. include "user_defined.h"

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]