Məhəmməd bin Yusif xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1205. ildə atası II Yusif Tamğaç xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. II Yusif Tamğaç xan 1205. ildə vəfat edəndə oğlu Məhəmməd Buğra xan Qaraxitaylı Kür xanın yanında əsir kimi tutulurdu. Nayman hökmdarı Kuçluk xan tərəfindən azad edilib 1207. ildə Qaşqar şəhərinə göndərildi. Amma Qaşqar şəhərinə çatmamış şəhərin bəyləri tərəfidən 1211. ildə öldürüldü. Bu hadisəni öyrənən Nayman hökümdarı Kuçluk xan Qaşqar şəhərinə daxil olub böyük qətliam törətdi.
IV Məhəmməd Buğra xan Qaraxani | |
---|---|
Şərqi Qaraxanilər dövlətinin XI xaqanı | |
1205 – 1211 | |
Əvvəlki | II Yusif Tamğaç xan |
Sonrakı | Qaraxitaylar dövləti |
Şəxsi məlumatlar | |
Atası | II Yusif Tamğaç xan |
Ailəsi | Qaraxanilər sülaləsi |
Dini | İslam |
SƏLƏF II Yusif Tamğaç xan |
IV Məhəmməd Buğra xan 1205-1211 |
XƏLƏF Qaraxitaylar dövləti |