I Aleksandr (Gürcüstan çarı)

I Aleksandr (gürc. ალექსანდრე I დიდი; 139026 avqust 1445) — Baqrationilər sülaləsindən olan Gürcüstan çarı[1] (1412 - 1442). Çar I Konstantinin və Natia Amirejibinin oğlu.

I Aleksandr
Şəxsi məlumatlar
Doğum tarixi 1390
Vəfat tarixi 26 avqust 1445
Dəfn yeri
Fəaliyyəti Kral
Uşaqları
Ailəsi Baqrationi
Dini Gürcü Ortodoks Kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hakimiyyətinin ilk illərində türkmənlərin yürüşlərinə qarşı mübarizə aparmaq məcburiyyətində qaldı. Yalnız 1415-ci ildən etibarən Gürcüstanda sülh hökm sürməyə başladı. I Aleksandr bu dövrdən başlayaraq Əmir Teymur və türkmənlər tərəfindən dağıdılmış ölkəni bərpa etmək üçün fəaliyyətə başladı. Xəzinə boşaldıldığı üçün məskunlaşma vergisinin tətbiq edilməsinə başlanıldı (vergi 1440-cı ildə ləğv edildi). Vergidən əldə edilən vəsaitlə Svetitsxoveli və Ruisi məbədləri, eləcə də bir çox monastır və qala təmir edildi.

Gürcüstanda isə taxta I Aleksandr (1412-1443) çıxdı. O, Qara Yusiflə əlaqələri qaydaya saldı. Gürcü dövlətinə kənar hücumların qarşısını aldı, ölkədə sabitliyə nail oldu. Onun hakimiyyəti dövründə Lori Gürcüstana birləşdirildi. I Aleksandr Teymurun hücumları

nəticəsində dağılmış ölkə təsərrüfatını bərpa etməyə girişdi.Gürcü çarı bərpa işlərini sürətlə aparmaq üçün 1425-ci ildə yeni vergi - “mali” tətbiq etdi. Bu vergi hər evdən 40 tetri (gümüş pul) həcmində toplanırdı. Lakin 1440-cı ildə daxili vəziyyətin gərginləşməsi ilə əlaqədar mali toplanması dayandırıldı.

I Aleksandr mərkəzi hakimiyyəti gücləndirmək üçün cəsarətli addımlar atdı. Kilsənin təsərrüfat və təşkilati işlərini nizama salmaq üçün tədbirlər gördü. Kilsəni dövləti möhkəmləndirən faktora çevirmək üçün cəhd etdi. O, məqsədinə çatmaq üçün iri feodallara - eristavlara və aznaurlara qarşı

da amansız mübarizəyə başladı. Lakin iri feodallarla mübarizədə məğlub oldu. Çünki sərbəstliyinin məhdudlaşdırılmasından narazı qalmış kilsə xadimləri də aznaurları müdafiə

edirdilər. I Aleksandr 1443-cü ildə taxt-tacdan məhrum edilib monastıra göndərildi.

Bu hadisə Gürcüstanın birliyinə böyük zərbə vurdu,siyasi parçalanma açıq şəkil aldı. Samsxeti və Abxaz-İmereti knyazları - mtavarları Gürcüstandan ayrıldılar. Samsxeti mtavarı daha irəli gedərək, öz irsi malikanəsindəki kilsəni də Gürcüstan katolikosluğunun tabeliyindən çıxardı. Samsxeti hakimiyyət bütünlüklə Çakeli nəslindən olan knyazların əlində cəmləşdi. Daha sonra Abxaziya, Quriya və Meqreli

feodal əyanları birləşib Sabediano adlı qurum yaratdılar. Bu feodal birliyi Qafqazın Qara dəniz sahili boyundakı ticarət yollarını nəzarətə aldı və Cənubi Qafqazın içərilərinə doğru ticarət əlaqələrində vasitəçi rolu oynamağa başladı.XV əsrin ikinsi yarısında Abxaziyada Çaçba (Şervaşidze) nəsli hakimiyyətə gəldi və tam müstəqil siyasət yürütməyə başladı. XV əsrin sonunda Gürcüstanda siyasi dağınıqlıq daha da gücləndi. Müstəqil Kartli, Kaxeti, İmereti şahlıqları yarandı. Bu şahlıqlara Baqrationilər nəslinin nümayəndələri başçılıq edirdilər. Kartli, Kaxeti, İmereti hökm-

darları öz hakimiyyətlərini bütün Gürcüstana yaymaq üçün bir-biri ilə savaşırdılar. Bu da feodal ara müharibələri doğurur və Gürcüstanın ümumi inkişafına mənfi təsir edirdi.Gürcü feodal əyanları və kilsə xadimləri 1453-cü ildə Bizansın süqutunu çox narahatlıqla qarşıladılar. Bu zamandan gürcü feodal hakimləri Qərbi Avropa dövlətləri və Moskva knyazlığı ilə əlaqələr yaratmağa, müsəlman dövlətlərinin təzyiqinə qarşı onlardan yardım almağa cəhdlər etdilər.1460-cı ildə Gürcüstandan Romaya və Fransaya xüsusi səfirliklər göndərildi. Osmanlı dövlətinə birgə zərbə vurmaq üçün danışıqlar aparıldı. Lakin həmin cəhdlər nəticəsiz oldu. 1490-ci ildə Kaxeti hökmdarı Aleksandr (1476-1511)Moskva knyazı III İvanın yanına xüsusi elçilik göndərməklə Gürcüstan-Rusiya əlaqələrinin yaradılması istiqamətində ilk addım atdı.

Ölkənin yenidən qurulması

[redaktə | mənbəni redaktə et]

I Aleksandr Gürcüstanın əvvəlki sərhədlərini bərpa etmək istəyirdi. Onun qoşunları 1431-ci ildə Lore qala şəhərini [2] və Lore vadisini tutdular.

I Aleksandr həmçinin gürcü kilsəsinin bərpasına və gücləndirilməsinə kömək etdi. O sarsılmış kilsə torpaq mülkiyyətini bərpa etdi, ölkə xaricindəki gürcü monastırlarının yenidən təmir işlərinə başladı. Çar və çar ailəsinin üzvləri birbaşa inşaat işlərində iştirak edirdilər.[3]

Daxili siyasət

[redaktə | mənbəni redaktə et]

Hakimiyyətinin ilk illərində (1412 - 1415) I Aleksandr Dadiani, Şarvaşidze, Samtsxe adlı qiyamçı şahzadələrə qarşı mübarizə abardı. Bəzi hakimləri bölgələrin rəhbərliyindən uzaqlaşdırdı və yerlərinə oğulları - Vaxtanq, Dmitri və Georgini təyin etdi. Ancaq bu təyinatlar əks nəticə verdi. Belə ki, şəhzadələrin ölkənin siyasi həyatında rolları artdı[4] və I Aleksandrın həyatda olmasına baxmayaraq, şəhzadələrə də "çar" deyə müraciət edilməyə başlanıldı.

Dövlət tədbirlərinin icrası zamanı çar oğullarının və çar ailəsinin digər üzvlərinin istəklərini nəzərə almaq məcburiyyətində qaldı. Çar sənədləri təkcə çarın adı ilə deyil, həm də ailə üzvlərinin adları ilə verilirdi ki, bu da mərkəzi hakimiyyətin zəiflədiyini göstərir. Ölkədəki vəziyyət I Aleksandrın taxtdan imtina etməsinə gətirib çıxardı.

Gürcüstanın bir qədər möhkəmənməsinə və bərpasına baxmayaraq, çarın ölümündən sonra ölkədəki siyasi ittifaq dağıldı. Gürcüstan bir neçə çarlığa və knyazlıqlara parçalandı.[5]

  1. Colin P. Mitchell. New Perspectives on Safavid Iran: Empire and Society Arxivləşdirilib 2022-03-24 at the Wayback Machine. Taylor & Francis, 3 mrt. 2011 ISBN 1136991948 p 66
  2. Барбаро и Контарини о России (2-е изд). М.: Наука. пер. Е. Скржинской, М. Михайловского. 1971. 40–42.
  3. Reverend S. C. Malan, Aeterna Press. "A Short History of the Georgian Church". (2015).
  4. Ronald Grigor Suny, The Making of the Georgian Nation: 2nd edition (December 1994), Indiana University Press, ISBN 0-253-20915-3 p.45
  5. Ken Parry. "The Blackwell Companion to Eastern Christianity". (2010), p. 148.