I Nəsr (Samani)

I Nəsr ibn Əhməd (?-892) — 864-892-ci illərdə hakimiyyətdə olan, Samanilər sülaləsindən hökmdar.

I Nəsr
Şəxsi məlumatlar
Vəfat tarixi 892
Fəaliyyəti qubernator
Ailəsi Samanilər sülaləsi

I Nəsr bin Əhməd Səmərqənd şəhərində taxta yiyələnmişdi.[1]

I Nəsr və Rudəki

[redaktə | mənbəni redaktə et]

Qüdrətli Samani hökmdarı I Nəsr ibn Əhməd (864-892) saray əhli ilə Heratın ətrafına ova çıxır. Şikar çox, hava əla, ov bir həftə çəkir, hökmdar hələ paytaxta, Buxaraya qayıtmaq barədə düşünmür. Saray əhli isə bezir, daha ovla məşğul olmaq istəmir, amma heç kim cürət edib hökmdara bunu deyə bilmir. Nəhayət, əyan-əşrəf sarayda nüfuz sahibi olan böyük şair Əbu Abdullah Cəfər Rudəkiyə (860-941) müraciət edir. "Nə qədər ov edərlər, arvad uşaq üçün darıxmışıq, bəlkə hökmdarı dilə tutasan. Buxara üçün burnumuzun ucu göynəyir…"

Farsdilli xalqların "Şairlərin Adəmi" adlandırdığı Rudəki bu zaman şöhrətinin zirvəsində idi. Qədim mədəniyyətlərini, əvvəlki şöhrətlərini bərpa etmək istəyən farsdilli xalqlar üçün Rudəki qısa müddətdə əsl bayraqdara dönmüşdü. Rudəki misilsiz istedadı ilə qısa müddətdə əsl ədəbi fars poeziyasının təməl daşlarını qoya bildi. Ərəb üsuli-idarəsindən, Bağdadın təsir dairəsindən qurtulmağa can atan əmirlər Rudəkinin başından gedib, ayağından gəlirlər. Onu da deyim ki, Rudəkidən sonra Şərq aləmində heç bir şair onun qədər sərvəti-saman yiyəsi olmayıb. Rudəkinin iki yüz qulamı vardı, var-dövlətini 400 dəvəli karvan daşıya bilmirdi.

  1. Бартольд В.В., Туркестан в эпохи монгольского нашествия, Соч., т. 2, ч. 1, М., 1963; История Востока, 2-кн., Восток в средние века, М., 1999.