I Təzəkənd yaşayış yeri — Şərur rayonunun eyni adlı kəndindən cənub-qərbdə, Araz çayının sağ sahilində arxeoloji abidə.[1]
Yaşayış yerinin ərazisi su kanallarının çəkilməsi zamanı tamamilə dağılmışdır. Abidənin ərazisində qara rəngli tuf daşlarından hazırlanmış dən daşları aşkar olunmuşdur. Kür-Araz mədəniyyəti üçün xarakterik olan dən daşlarının arxa tərəfində qulplar yonulmuşdur. Təzəkənd yaşayış yerini e.ə. IV-III minilliklərə aid etmək olar.