Il Popolo d'Italia

Il Popolo d'Italia (İtaliya xalqı) — Benito Mussolini tərəfindən 15 noyabr 1914-cü ildə təsis edilən qəzet. Qəzet Benito Mussolini İtaliya Sosialist Partiyasından ayrılandan sonra çap olunmağa başlayıb. Birinci dünya müharibəsindən sonra bu qəzet İtaliyada faşizm ideologiyasını təbliğ edən əsas mətbuat orqanı olmuşdu. Qəzet 24 iyul 1943-cü ilə kimi çap olunub. Qəzet həmçinin militarizm və irredentizm ideyalarını da təbliğ edirdi. 1936-cı ildən 1943-cü ilə kimi qəzetin baş redaktoru Corc Pini olmuşdu.

Il Popolo d'Italia
Loqonun şəkli
Təsisçi Benito Mussolini
Nəşriyyat Benito Mussolini, Milli Faşist Partiyası
Baş redaktor Corc Pini (1936-1943)
Yaranma tarixi 15 noyabr, 1914-cü il
Siyasi mənsubiyyət
Dil italyan dili
Nəşrini dayandırıb 26 iyul, 1943-cü il
Baş ofis
Ünvan İtaliya, Milan, Via Paolo da Cannobbio 35
Ölkə
Tiraj 434.000 (28.10.1938)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1998-ci ildə Yeni Milli Ordenin başçısı Cuzeppe Martorana qəzeti yenidən bərpa edərək çap etdirməyə başlamışdı. Hal-hazırda "Il Popolo d'Italia" Milan şəhərində çap olunur.