Inonotus obliquus (lat. Inonotus obliquus) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin hymenochaetales dəstəsinin hymenochaetaceae fəsiləsinin inonotus cinsinə aid göbələk növü.
Inonotus obliquus | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Şöbə: Yarımşöbə: Sinif: Dəstə: Fəsilə: Cins: Növ: Inonotus obliquus |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çaqa göbələyi canlı ağacların üzərində, başlıca olaraq tozağacı üzərində parazitlik edir. Sporları qabıqdan nüfuz etməklə (günəş yanığı, sinmiş budaq görüntüsü) dağıdıcı təsir edərək, orada inkişaf edir. İnkişaf etdiyi yerdə dairəvi şişkinlik - uzunluğu 30-40 sm, qalınlığı 10-15 sm nəzərə çarpır. Çox vaxt tozağacı qabığında bu şişkinlik qat həmişəlik saxlanılır. Kəsik, yarıq, oyma, kəsilmiş yer 3 qatlı: xarici qat qara rəngli, qalınlığı 1–2 mm, orta qat - qalın, möhkəm, bərk, kip, qonur-qəhvəyi rəngli, müxtəlif qalınlıqlı, daxili qat - yumşaq, boş, bəzən qonur və ya sarımtıl, ağacın dərin qatı çürük, iylənmiş, qoxumuş və kiflənmiş olur. Bu göbələk bəzən qızılağacda, təsadüfü hallarda quşarmudunda inkişaf edir.
Tozağacı və qarışıq meşələrdə daha çox müşahidə edilir.
Çaqa göbələyini bütün il boyu toplamaq mümkündür. Topladıqdan sonra 10 sm ölçüdə kəsilməli, quruducu şkaf və ya peçlərdə 60оС temperaturda qurudulmalıdır. Yayda yaxşı hava olduqda çardax və naveslərdə, hava axını olan yerlərdə nazik kəsərək qurutmaq mümkündür.
Xammal 10 sm ölçüdə kəsilməlidir. İyi yoxdur və acı dadlıdır. Quru anbarlarda yaxşı havası dəyişilən yerlərdə, rütubətdən tam uzaq şəraitdə kisələrdə saxlanılmalıdır. Saxlanılma müddəti 2 ildir.
Kifayət qədər öyrənilməmişdir. Xammalın tərkibində piqmentlər, polifenolkarbol kompleksi, qatran və digər maddələr vardır.
Şiş əleyhinə olmaqla, həm dətər ifrazını azaldır.
Orqanizmin müdafiə qabilliyyətini yüksək dərəcədə təmin edir, beyin toxumasında maddələr mübadıləsini aktivləşdirir və beyin kötüyünün bioelektrik xassəsini gücləndirir. Tsiklofosfan kimi sitostatik effektə malikdir.
Qəbul etdikdən 1,5-3 saat sonra hipoqlikemik təsir edərək qanda şəkərin miqdarını 15,8-29,9% azaldır.
Möhkəmləndirici və iltihabsorucu dərman kimi mədə-bağırsağın müxtəlif lokalizasiyalı şiş xəstəliklərində simptomatik dərman kimi işlədilir. Tinkturası mədə və onikibarmaq bağırsaq xorasında təyin edilir. Ağri sindromlarında, dispeptik vəziyyətlərdə və bağırsaq tonusunu artırmaq üçün istifadə edilir. Çaqadan alınan "Befunqin" adlı ekstraktdan psorioz, ekzema və digər dəri xəstəliklərində, qastrit, ödyolu sistemi və qaraciyərin iltihabında təyin edilir. Bu preparatla müalicə olunan zaman südlü-bitkili yeməklərdən daha çox istifadə etmək və ət və yağlardan, konservlərdən, hisdə qurudulmuş ərzaqlardan, sous, şirə, ədviyyat və xuruşdan pəhriz olmaq lazımdır.