Intel 486SL

80486SL

Intel486SL(en. Intel486SL)- i486DX mikroprosessorunun az enerji sərf edən və əsasən fərdi kompüterlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş modifikasiyası. i486DX’in xarakteristikalardan əlavə i486SL’də işçi gərginlik 3.3 V-dur (i486DX’də 5 V), 3.3 V və ya 5 V’luk RAM modulları və ISA adapterləri ilə, kölgə (shadow) yaddaş ilə işləyə bilir və xüsusi sistemin idarəedilməsi rejiminə (System Management Mode, SMM) malikdir. Intel şirkətinin SMM terminin ifadə etdiyi texnologiya mikroprosessora imkan verir ki, sistem məşğul olmadıqda və ya mərkəzi prosessorun intensiv istifadəsinin gərəkli olmadığı işi gördükdə sistemin bəzi komponentlərinin işini ləngitsin və ya dayandırsın və beləliklə, qurğuların xidmət müddətini uzatsın. Tut: i486DX, SHADOW MEMORY.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]