Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Iris paradoxa f. choschab — Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü.
Iris paradoxa f. choschab | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Iris paradoxa f. choschab |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.
Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünəndir. Gövdəsi 5—12 sm hündürlükdə, bir ədəd iri təpə çiçəklidir. Yarpaqları boz-göyümtül, ensiz – xətti, 2–3 mm enindədir. Təpə yarpaqları lansetvari, sivriləşmişdir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır, xarici hissələri xətti kürəkvari, qara – bənövşəyi, 3-4 sm uzunluğunda, 10–13 mm enində, daxildəkilər –iri, tərs –yumurtavari, ağ və ya mavi rəngli, göy-bənövşəyi damarlıdır. Tozcuqları sarımtıldır. Sütuncuğun hissəcikləri sarımtıl-qonur rəngli qonur ləkələrlə, dilimləri küt, diş-dişdir.[1][2][3]
Aprel ayında çiçəkləyir, may ayında toxumlayır, orta dağ qurşağında quru, daşlı yamaclarda rast gəlinir. Çoxalması kökümsov və ya toxumladır. Mezokserofitdir. Dekorativ bitkidir.[2]
Diabar (əsasən Lerik rayonu və Qosmalyan kəndinin ətrafında).[2][4]
Populyasiyanın vəziyyətinin pisləşməsi və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur.
Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması, otarılma, tapdalanma), ətraf mühitin sərt amillərinə həssaslıq və zəif təkrarlanması.[5]
Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yayılma yerlərində antropogen təsirləri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, soğanaq və toxumların toxum bankında saxlanılması təklif olunur.