Istisu travertin yatağı

İstisu travertin yatağıKəlbəcər rayonu ərazisində, İstisu kurortundan 0,8-1,0 km şimal-şərqdə, Tərtərçayın sağ sahilində yerləşən yataq.[1]

Yataq 1955-ci ildə R.A.Qasımov tərəfindən aşkar olunub. Yataq orta eosen yaşlı andezitlərin üstündə yerləşən Dördüncü dövr yaşlı traveritlərdən ibarətdir. Yatağın yayılma sahəsi 80 ha.-a yaxındır. Yataqda traveritlər ağ, ağ-sarı rəngdədir, məsaməlidir, bəzi yerlərdə də sıxdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Elnur İbiş oğlu Səfərov. Kiçik Qafqazın faydalı-qazıntı yataqları. Bakı: 2012.