Jammer

Passiv Jammer: Jammer-Siqnal kəsici (siqnal qarışdırıcı, siqnal pozucu) , qarşılıqlı sistemdə aradakı əlaqəni pozmaq üçün yaradılmış cihaz. Müasir texnikada alıcını (əksəriyyətlə radio) hədəfləyən qüvvətli bir ötürücü.

Siqnalın daşınma şəkli ən sıx elektromexaniki dalğa olmaq üzrə səs, işıq (UV-dən IR-yə qədər) də ola bilər. Alıcının həssas olduğu bant aralığında yüksək gücdə siqnalı qəbul edərək alıcının giriş nötəsinin bütün bant üçün təzyiqlənməsini təmin edir və alıcını “karlaşdırar”. Siqnal boğucu, alıcıda seçicilik və həssaslıq xüsusiyyətlərini hədəf alır. Q faktoru yüksək alıcılar bu cür maneə törətmələrə qarşı daha müqavimətlidirlər.

Əsasən aşağıdakı yerlərdə tətbiq olunur:

  • İctimaiyyətdə yüksək səslə radio-tv dinləmələrinə maneə törətmək.
  • Kino, konsert, teatr kimi cib telefonlarının istifadəsinin qadağan olunduğu mühitlərdə nizamı təmin etmək üçün.
  • Uzaqdan idarə edilən alətlərin işinə maneə törədilməsi.
  • Uzaqdan idarə edilən bombaların əvvəlcədən atılması ya da bloklanması.
  • Binanın xaricində istifadə edilərək elektronik sipər olaraq istifadə edilməsi (iç ünsiyyətin gizlənməsi) .
  • Təhlükəsizlik kameralarına maneə törədilməsi (lazer ya da elektromexanik sahə ilə).
  • Polislərin sürət radarına maneə törətmək.
  • Əsgəri ya da vətəndaş radarları maneə törətmə (Hərbi mühitlərdə qarşı tərəfin ünsiyyətinə maneə törətmək.)
  • Mikrofonlara maneə törətmək (səs ilə).

Aktiv Jammer RF ilə işləyən cihazları uzaqtan siqnal göndərərək təsir edən sistemdir. Başqa sözlə aktiv hala gətirən. Əsasən, maşınların uzaqdan pultla bağlanması anı işə salınar və ötürücüləri pozar. Nəticədə maşının qapısı bağlanmaz. Daha çox oğurluq məqsədilə istifadə olunduğu üçün satışı qadağandır. Qiyməti isə olduqca bahadır. Amma bununla belə artıq bir çox ölkələrdə maşın oğurluqları bu alətlər vasitəsilə həyata keçirilir. Buna görə mütəxəssislər bildirilər ki, maşınlarınızı uzaqdan pultla bağlayarkən qapının bağlandığından əmin olun.