Jan Klark Vasala

Jan Klark Nqoma Toko Vasala (28 may 2001) — Konqo Respublikasını təmsil edən sprinter. Jan Klark Vasala Konqo Respublikasını 2017-ci ildə X Yüngül atletika üzrə Dünya U-18 çempionatında təmsil etdi.

Jan Klark Vasala
Şəxsi məlumatlar
Tam adı Jan Klark Nqoma Toko Vasala
Vətəndaşlığı Konqo Respublikası Konqo Respublikası
Doğum tarixi (22 yaş)
İdman növü Yüngül atletika
14 iyul 2017 tarixində yenilənib.

Karyerası[redaktə | mənbəni redaktə et]

Jan Klark Vasala birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Nayrobidə baş tutan X Yüngül atletika üzrə Dünya U-18 çempionatında kişilər 100 m məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.27 saniyəlik nəticə ilə 2-ci cığırda 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.[1]

Mənbələr[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "10th World Youth Championships in Athletics Nairobi (KEN) July 12 - July 16, 2017". Nairobi 2017. 18 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 July 2017.