Jan Mişel Jarr (fr. Jean-Michel André Jarre; 24 avqust 1948[1][2][…]) — fransız bəstəkarı, ifaçısı və prodüseri, elektron musiqi, sintpop, nyu-eyc janrlarının pionerlərindən biri. Sintezator ifaçısı və möhtəşəm işıq, lazer və atəşfəşanlıq təşkilatçısı kimi məşhurluq qazanmışdır.
Jan Mişel Jarr | |
---|---|
fr. Jean Michel Jarre | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Jean-Michel André Jarre |
Doğum tarixi | 24 avqust 1948[1][2][…] (76 yaş) |
Atası | Moris Jarr |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Bəstəkar, musiqiçi, prodüser |
Fəaliyyət illəri | 1969-dan |
Janr | ambient |
Musiqi alətləri | elektron klaviatura[d], gitara[3], piano[3], sintezator[3], orqan[3], bas-gitara, termenvoks |
Albom şirkətləri | Disques Dreyfus, Polydor/PolyGram, Epic/SME, Warner Bros., EMI |
Əlaqələri | Dustbins, Mystere IV |
Təhsili | |
Elmi dərəcələri |
|
Mükafatları | |
jeanmicheljarre.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Dünya şöhrətini elektron musiqi janrının klassikasına çevrilmiş "Oxygene" (1976) albomu sayəsində yaxalamışdır. 1979-cu ildən başlayaraq dünyanın müxtəlif bölgələrində onlarla musiqili işıq şousu təşkil etmişdir.
Jarr bir neçə dəfə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Onun 4 konserti tarixdəki ən böyük konsertlər kimi qeydə alınmışdır. Sonuncu rekordu 1997-ci ildə Moskvada qeydə alınmış, həmin konsertdə 3,5 milyon tamaşaçı iştirak etmişdir. Digər bir rekordu isə 1983-cü ildə cəmi 1 nüsxədə buraxdığı "Music for Supermarkets" albomunun hərracda 10 min funt-sterlinqə satılmasıdır. Həmin albomdakı bəzi mahnılar 1984-cü ildə buraxılan "Zoolook" albomunda bir qədər dəyişilmiş şəkildə yer alır. Mahnıların orijinalını isə hazırda aşağı keyfiyyətli radio səs yazıları şəklində dinləmək mümkündür.
Jarr təxminən 80 milyon albom və sinql satmışdır.[4] Bunlardan birincisi 1969-cu ildə buraxdığı "La Cage / Erosmachine" sinqlıdır.
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |