Java (dəyişən tipləri)

Java proqramlaşdırma dilində, dəyişənlərin tipləri iki yerə bölünür.

1. Primitiv tipli dəyişənlər.

2. Referans tipli dəyişənlər.

Primitiv tipli dəyişənlər:

Javada səkkiz ədəd primitiv dəyişənlər mövcuddur. Bunlar byte, short, int, long, float, double, booleanchar tipləridir. Bunlardan byte, short, int və long tiplərinin dəyərinə tam ədəd (yalnızca tam rəqəm) vermək olur. float və double tiplərinin qiymətinə kəsrli ədəd (məsələn: 1,3) vermək olur. boolean tipi bir az fərqli olaraq sadecə true (doğru) və false (yanlış) qiymətlərini alır. char (character) tipinə isə tək dırnaq içərisində bir simvoldan ibarət dəyər vermək olar.

Tipin adı Minimum dəyər Maksimum dəyər Varsayılan (Default) Ölçü
byte -128 127 0 8 bit +/-
short -32768 32767 0 16 bit +/-
int -2147483648 2147483647 0 32 bit +/-
long -9223372036854775808 9223372036854775807 0 64 bit
float -1.40239846e-45 3.40282347e+38 0.0 32 bit IEEE float
double -4.94065645841246533e-324 1.79769313486231570e+308 0.0 64 bit IEEE float
boolean false true false N/A
char \u0000 \uffff \u0000 16-bit Unicode