Jexe yaylası və ya Lyoss yaylası — Çində yayla.
Jexe yaylası | |
---|---|
Yerləşməsi | |
43° şm. e. 115° ş. u.HGYO | |
Ölkə | |
|
Lyoss yaylası lyoss təpələrdən ibarətdir, şərqdə Şimali Çin düzənliyi ilə, qərbdə isə səhralarla əhatə olunur. Yaylanın çox hissəsi qalınlığı 150 futla 600 fut arasında olan qalın lyoss qatı ilə örtülmüşdür. Lyoss, təbəqələşməmiş, bircinsli xırda dənəvər olmaqla, əhəng daşı qalıqları çöküntüsündən ibarət olan açıq-sarı rəngli dağ süxurudur. Şaquli yamacları saxlamağa qadirdir və rütubət qəbul etdikdə çöküntü verir. Su qovşaqlarındakı vadilərdə və yamaclarda torpaq təbəqəsi bir neçə metrdən 100–200 metrə çatır. Ona görə də lyossda münbit torpaq əmələ gəlir. Çində lyoss küləyin Asiya səhralarından gətirdiyi və dağlara, təpələrə yayılan qum qatıdır.[1]
Lyoss torpaqlar xüsusən daha çox su eroziyasına məruz qalır. Ölkənin bütün ərazisinin 1/6-i eroziyadan əziyyət çəkir, lakin əsas torpağı lyoss olan Huan Ho çayının orta axınındakı rayonlarda bu proses daha güclüdür. Çin xalqı torpaq eroziyasına qarşı böyük təcrübəyə malikdir. Bunlardan biri yamacların süni terraslaşdırılmasıdır.[2]
Əsas etibarilə, orta dağlıq sahəlrdən və dağ arsaı düzənliklərdən ibarət olan bu ərazi Qədim Çin platformasının Siniy qalxanına aid edilən hissəsində yerləşmişdir.[3]
Burada kristallik özülününü üzərini örən çökmə süxurların qalınlığı olduqca azdır. Onlar hər yerdə bütöv örtül əmələ gətirə bilməmişdir. Çökmə süxurlar daha çox qalxanın çökdüyü hissələrində toplanmışdır. Dağlarda isə kristallıq özəyin süxurları üzə çıxır. Siney qalxanı sahəsində Təbaşir dövründə baş vermiş tektonik hərəkətlər daha güşlü olmuşdur. Tektonik hərəkətlər vahid ərazidə Şandun, Koreya və Mancuriyadan(Dunbey) ibarət müstəqil massivlərin və bunların arasında tektonik pozulmalarla parçalanmış qırışıqlıqların əmələ gəlməsiylə nəticələnmişdir. Təbaşir dövrünün tektonik hərəkətlərinə xas olan cəhətlərindən biri də onların güclü vulkan püskürmələri ilə müşaiyəy olunmasıdır. Vulkan çöküntüləri Mancuriya və Kreya massivində daha qalındır. Tektonik pozulmalar boyu yerləşən çökəkliklər sonrakı geoloji dövrlərdə lyoss çöküntüləri və eləcə də çayların gətirdiyi allüvial çöküntülərlə dolmuşdur. Lyoss (Jexe) çöküntülərinin gətirdiyi allüvial çöküntülərə dolmuşdur. Lyoss (Jexe) çöküntülərinin ərazinin bəzi hissələrində 10–20 m- dan çoxdur.[4]
Şimal şərqi Çinin ərazisi onun geoloji inkşaf tarixi ilə əlaqədar olaraq mürəkkəb relyefə malikdir. Burada yüksəkliyi 1neçə min metrə çatan sıra dağlarla bərabər onların arasında yerləşən Lyoss (Jexe) yaylaları ilə allüvial düzənlik sahələri də vardır.
Çinin kənd mənzərəsinin digər fərqli xüsusiyyəti qayadan çapılmış yaşayış yerləridir. Onlar Lyoss yaylasında, xüsusən Şimali Şensidə, qərbi Şansidə və cənub-şərqi Kansuda daha çox idi. Çünki həmin yerlərdə Lyoss qalın olduğu kimi, meşə materialı da azdır. Qayadan çapılan yaşayış məskənləri az ağac materialı tələb edir, yayda sərin, qışda isə isti olur.