Jeyhun Samedov və ya Ceyhun Səmədov ― azərbaycanlı ifaçı və bəstəkar[1].
Jeyhun Samedov | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbi | Jeyhun Samedov |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2008-günümüzədək |
Janrlar | Rok, R&B, Elektronik musiqi |
Musiqi aləti | Elektrogitara |
2019-cu ildə ifa etdiyi "Tufan var" və 2022-ci ildə ifa etdiyi "Getmə" mahnısı 2023-cü ildə Azərbaycan reytinqlərində ilk yerləri tutub[2].
Ceyhun Səmədov 1990-cı il dekabrın 18-də Bakı şəhərində anadan olub. Orta təhsilini altıncı sinifə qədər 10 nömrəli məktəbdə daha sonra isə 76 nömrəli məktəbdə alıb.
2008-ci ildə Yusif Qasımlı ilə birlikdə "Sirat" rok qrupunu yaradıb[3][4]. Daha sonra qrupa Anar Bünyad da qoşulub[5]. Qrup fəaliyyət göstərdiyi 5 il ərzində 15 mahnı bəstələyib ifa ediblər. "Röya", "O dönəcək", "Sərxoş" kimi mahnıları daha çox tanınıb. 2013-cü ildə "Sirat" rok qrupu dağılıb.
2015-ci ildə Okaberlə birlikdə "Zibil maşını" mahnısını, 2016-cı ildə isə "Çağır gəlim" adlı mahnını birlikdə ifa edirlər[6].
2018-ci ildə Elgün Ataxanlı ilə birlikdə işləməyə başladıqdan sonra səhnədə "Jeyhun Samedov" adı altında çıxış etməyə başlayıb. 2019-cu ildə "Tufan var"[7], 2022-ci ildə isə "Getmə" mahnısını oxuyub. Hər iki ifa 2023-cü ildə Azərbaycan reytinqlərində ilk yerləri tutub[2].
Mirabdulla Səmədov və Sürəyya Səmədovanın ailəsində dünyaya gəlib. Atası Mirabdulla Səmədov 1992-ci ildə Birinci Qarabağ müharibəsi iştirak edib və itkin düşüb.