Jikle çapı

Jikle çapı- (ing.giclée print, ru.печать жикле) - kətan və kağız üzərində rəsm əsərlərinin orijinaldan fərqlənməyən çapı. Fransızca “Le gicleur” (çiləmək, səpmək, sıçratmaq) sözündən götürülüb. Jikle texnologiyası şırnaqlı printerlərin iş prinsipinə əsaslanır. Bu texnologiya ölməz sənət incilərini təbii kətan üzərində tamamilə yenidən yaratmağa, ən kiçik rəng və işıq-kölgə nüanslarını təkrarlmağa, yaxılmış boyanın xarakterini və fakturasını ifadə etməyə imkan verir. Peşəkar surət çıxaran rəssamlar tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş bədii kopiyalardan fərqli olaraq, rəqəmsal bədii reproduksiya olan jikle əsl əsərin imitasiyası deyil, onun dəqiq faksimil təkrarıdır.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.