Jives gölü

Jives gölü (pol. Jezioro Żywieckie)[1], həmcinin Jives su anbarı olaraq tanınır (pol. Żywiecki Zbiornik Wodny) və ya Tresna su anbarı (pol. Zbiornik Wodny Tresna) — Polşanın Jives şəhəri yaxınlığında, Sola çayının yatağında təşkil olunmuş su anbarı. Su anbarı Kiçik Beskidlər silsiləsi ilə Jives çökəkliyi arasında yerləşir. 1966-cı ildə bir neçə kəndin su altında qalması ilə təşkil olunmuşdur: Zajeçe, Tresna, Zadzele və Starı-Jives.

Jives gölü
pol. Żywiec Lake
Ümumi məlumatlar
Mütləq hündürlüyü 337 m
Eni 3,1 km
Uzunluğu 6,6 km
Sahil uzunluğu 33,7 km
Sahəsi 10 km²
Həcmi 94,6 km³
Dərin yeri 26,8 m
Orta dərinliyi 8,6 m
Yerləşməsi
49°43′11″ şm. e. 19°11′49″ ş. u.HGYO
Ölkə  Polşa
Jives gölü xəritədə
Jives gölü
Jives gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gölün əsas göstəriciləri:

  • Ümumi həcmi — 94,6 mln. m³
  • Su anbarının ölü həcmi — 3,2 mln. m³
  • Daimi daşqın həcmi — 23,1 mln. m³
  • Kompensasiya həcmi — 67,7 mln. m³
  • Bəndin maksimal hündürlüyü — 344,86 m dəniz səviyyəsi
  • Bəndin orta hündürlüyü — 342,56 m dəniz səviyyəsi
  • Bəndin maksimal hündürlüyü — 320,94 m dəniz səviyyəsi

Su anbarının normal ölçülərdəki göstəriçiləri:

  • Maksimal uzunluq — 6,6 km
  • Orta uzunluq — 6,25 km
  • Sahil xəttinin uzunluğu — 33,7 km
  • Maksimal eni — 3,1 km
  • Mərkəzi hissədə eni— 2,5 km
  • Orta eni — 1,51 km
  • Maksimal dərinliyi — 26,8 km
  • Orta dərinlik — 8,6 km

Jives su anbarı Sola çayının qarşısına atılan bənd sayəsində meydana gəlmişdir. Bəndin uzunluğu 310 m, hündürlüyü 39 metrdir.

İstifədə edilməsi

[redaktə | mənbəni redaktə et]

Bənd 21 МВт enerji verən SES bir hissəsini təşkil edir. Çayın anbara gətirdiyi lil sayəsində su anbarının həcmi 70 il ətrzində 50%[2] azalmışdır. 2015-ci ildə quraqlıq səbəbindən su anbarının səviyyəsi 2 metrə qədər azalmışdır. Bu isə su anbarının dibini daha yaxşı görməyə imkan vermişdir[3].

Mühüm hadisələr

[redaktə | mənbəni redaktə et]
  • Hər ilin avqust ayında göldə Adam Banaçekin çərəfinə yarış keçirilir.
  • 15 noyabr 1978-ci ildə göl yaxınlığında avtoqəza baş vermişdir. Səhər 5 radələrində «Bjeşçe» mədəninə şaxtaçıları daşıyan Autosan H9 və Autosan H09 avtobusları 18 metr hündürlükdən gölə yuvarlanaraq düşmüşlər. 30 nəfər həlak olmuş, 9 nəfər isə möcüzə nəticəsində sağ qalmışdır. Burada bununla əlaqədar xaritə lövhəsi qoyulmuşdur.
  1. Nazwa Arxivləşdirilib 2019-03-25 at the Wayback Machine  (pol.)
  2. Chełmicki Wojciech: Blaski i cienie zapór wodnych, w: „Poznaj Świat” R. XXXIV, nr 2 (397), luty 1986, s. 3-6.
  3. Jezioro Żywieckie przez suszę jest wyschnięte jak kałuża Arxivləşdirilib 2016-07-26 at the Wayback Machine  (pol.)