Köçəri qəbristanlığı

Köçəri qəbristanlığıNaxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə.

Tarixi[redaktə | mənbəni redaktə et]

Qəbiristanlıq Ordubad rayonunun Üstüpü kənindən 7-8 kilometr şimal şərq tərəfdə yüksək dağlıq ərazidə yerləşir. Burada orta əsrlər zamanı yaradılmış və üzərində ərəb əlifbası ilə kitabələr həkk edilmiş, çoxlu sənduqə formalı, daşdan hazırlanmış qoç və qoyun tipli qəbirüstü xatirə abidələri qalmışdır. Abidələrin bir hissəsinin üzərində müxtəlif təsvirlər, o cümlədən, ox, kaman, günəş və s. həkk olunmuşdur. Zaman keçdikcə bu kitabələrin və təsvirlərin bir hissəsi təbii qüvvələrin təsirindən aşınaraq məhv olmuşdur. Qəbiristanlıqda hicri 1003 (1594-1595), 1030 (1620-1621) illərə aid və başqa kitabələr tədqiq olunmuşdur. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (1727 il) qəbiristanlığın mənsub olduğu Köçəri kəndi haqqında məlumat verilmişdir. Həmin vaxt kənddə 13 nəfər vergi ödəyən kişi yaşamış, onlar 2621 ağça vergi ödəmişlər. 19 yüzilliyin əvvəllərində kəndin əhalisi buranı tərk edərək Arazın cənubuna köçmüş, bundan sonra qəbiristanlıqda dəfn mərasimləri dayanmış- dır. Qəbiristanlığı 11-19 əsrlərə aid etmək olar[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 223.