Ta qədim zamanlardan babalarımız qışı aranda, yayı yaylaqda keçirərdilər. İndi də bu ənənə davam etdirilir. Elə ki, yaz gəldi respublikamızın dağ bölgələrinin yolları qoyun sürüləri ilə dolur, sonra da tezliklə çəkilib uzaqlaşır. Əlbəttə, köçün də öz ənənələri, qayda-qanunları var.
Köç | |
---|---|
Fayl:Köç (film, 1983).jpg | |
Janr | sənədli film |
Rejissor | Zaur Məhərrəmov |
Ssenari müəllifi | Vidadi Paşayev |
Operator | Zaur Məhərrəmov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1983 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1983 |
Texniki məlumatlar |
1 hissə 270 metr 35 mm |
Rəng | rəngli |
Filmdə tamaşaçılar Jdanov(indiki Beyləqan), Laçın və başqa dağ bölgələrinin yolları ilə dağlara qalxır, çobanların həyatı ilə tanış olurlar.