Köç dastanı — Uyğur dastanı.
Uyğurların yurdunda "Hulqun" adlı bir dağ vardı. Bu dağdan Tuşla və Sələngə adlı iki çay axardı. Bir gecə oradakı bir ağacın üzərinə göydən ilahi bir işıq düşdü. İki çay arasında yaşayan xalq bunu diqqətlə izlədi. Ağacın gövdəsində şişkinlik əmələ gəldi, ilahi işıq 9(doqquz) ay 10(on) gün şişkinlik üzərində durdu. Ağacın gövdəsi yarıldı və içində beş uşaq göründü. Bu ölkənin xalqı bu uşaqları böyütdü. Ən kiçikləri olan Buqun xan böyüyüncə xaqan oldu. Ölkə zəngin, xalq isə xoşbəxt oldu.
Çox zaman keçdi. Yuluq Tiqin adlı bir şahzadə xaqan oldu. Çinlilərlə çox döyüşdı. Xaqan, bu savaşlara son vermək üçün oğlu Qali Tigini bir Çin şahzadəsi ilə evlendirməyə qərar verdi. Çinlilər, şahzadələri qarşılığında hükümdardan Tanrı dağının ətəyindəki "Qutlu Dağ" adındakı dağı istədilər. Qali Tigin çinlilərə dağı verdi. Çinlilər dağı aparmaq üçün dağın ətrafında od qaladılar, dağ qızınca üzərinə sirkə tökdülər. Kiçik parçalara ayrılan dağı arabalara qoyaraq Çinə daşıdılar. Məmləketdəki bütün quşlar, heyvanlar öz dilləri ilə bu dağın gedişine ağladılar. Bundan yeddi gün sonra da Qali Tigin öldü. Qıtlıq və quraklık oldu. Yurdlarını buraxaraq köç etmək məcburiyyətində kaldılar. quşlar belə uçarkən "Köç-köç" deyə ötürdülər.
Ədəbiyyat ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |