Kök sistemi

Kök sistemi bitkinin bütün köklərinin cəmi kök sistemini əmələ gətirir. Kök sisteminin 2 tipi var. Mil və saçaqlı kök sistemi.

Mil kök sistemi

[redaktə | mənbəni redaktə et]

Burada əsas kök digər köklərdən yaxşı seçilir. Əsas kök və yan kök birləşərək mil kök sistemi əmələ gətirir. Bu kök sisteminə ikiləpəlilərdə olan bitkilər aiddir. Nümunə: noxud, günəbaxan, quşəppəyi və digər ikiləpəlilərin nümayəndələri aiddir.

Saçaqlı kök sistemi

[redaktə | mənbəni redaktə et]

Burada əsas kök ya tez quruyur, ya da əlavə və yan köklər arasından seçilmir. Yan kök və əlavə kök birləşərək saçaqlı kök sistemi əmələ gətirir. Bu kök sisteminə birləpəlilərdə olan bitkilər aiddir. Nümunə: taxıllarda bu tip kök sistemidir.

Yadımızda saxlamalıyıq ki, bağayarpağı ikiləpəli olsa da, saçaqlı kök sistemində olur.