Könüllünü tale aparır, könülsüzü sürüyür

Ducunt volentem fata, nolentem trahunt (azərb. könüllünü tale aparır, könülsüzü sürüyür‎) — ifadəsi ilk dəfə yunan filosofu stoist Kleanf tərəfindən söylənilmiş, sonralar Roma stoisizmi nümayəndəsi Lusi Anney Seneka tərəfindən tərcümə edilmişdir. "Nəyisə dəyişə bilmirsənsə, ona dözməlisən, şikayətçi olmamalısan, çünki o, kimin istəyi ilə baş verirsə versin, tanrının iradəsi ilədir."