Körpə ölümü — 1 yaşınadək uşaqların ölümü. Belə ölümlərin sayı hər 1000 doğuş üzrə bir yaşınadək uşaqların ölüm sayını göstərən körpə ölümü göstəricisi ilə ölçülür. Beş yaşadək ölüm uşaq ölümü göstəricisi hesab edilir və burda da mühüm statistika var.[1]
Körpə ölümü daha çox erkən doğum zamanı baş verir.[2] Digər əsas səbəblər boğulma, pnevmaniya, doğuş zamanı yaranan qüsurlar (məsələn, dölün göbək ciyəsinin anomaliyaları), eləcə də doğuş prosesinin uzun müddət davam etməsi,[3]neonatal infeksiya, ishal, malyariya, qızılca və aclıqdır (malnutrisiya).[4] Körpə ölümlərinin qarşısını almağın mümkün olduğu ən geniş yayılmış səbəblərindən biri də hamiləlik zamanı siqaret çəkməkdir.[5] Bir çox faktorlar körpə ölümünə münbit şərait yaradır: ananın təhsil səviyyəsi, ətraf mühitin vəziyyəti və siyasi və tibbi infrastruktur.[6]Sanitariyanın təkmilləşdirilməsi, təmiz içməli suya çatımlılıq, infeksion xəstəliklərə qarşı immunizasiya və digər sağlamlıq tədbirləri yüksək səviyyədəki körpə ölümünü azaltmağa kömək edə bilər.
1990-cı ildə dünyada yaşı 1-dən aşağı olan 9 milyon körpə ölmüşdü. 2015-ci ilədək bu rəqəm 4,6 milyona enmişdi.[7] Əgər əvvəllər hər 1000 doğuş üzrə 65 körpə ölümü baş verirdisə, həmin dövrdə bu rəqəm 29-a enmişdi.[8]
Uşaq ölümü uşağın beşinci ad gününədək uşaq ölümünü nəzərdə tutur və 5 yaşınadək uşaq ölümü göstəricisi ilə ölçülür. Milli statistikalarda bəzən bu iki göstərici bir yerdə təqdim olunur. 2017-ci ildə dünya üzrə 5,4 milyon uşaq beşinci ad günündən əvvəl vəfat etmişdi. 1990-cı ildə uşaq ölümünün sayı 12,6 milyon idi.[7] Bu ölümlərin 60%-dən çoxu davamlı ana südü ilə qidalanma, peyvənd və təkmil qidalanma kimi az xərcli tədbirlərin görülməməsi ilə əlaqələndirilir.[9]
2015-ci ildə Birləşmiş Millətlər TəşkilatınınMinilliyin İnkişaf Məqsədlərinin Dördüncü Məqsədinə doğru irəliləyişlərin izlənməsində istifadə olunan göstərici körpə ölümü göstəricisi deyil, məhz uşaq ölümü göstəricisi idi. Uşaq ölümünün azaldılması hazırda 3 nömrəli Məqsədə ("Sağlam həyatı təmin etmək və bütün yaşlarda hər kəs üçün rifahı təşviq etmək") çatmaq üçün Dayanıqlı İnkişaf Məqsədlərində bir hədəf kimi qeyd olunmuşdur.[10]
Dünyada körpə ölümü sürətlə artır və Biotexnologiya və Səhiyyə Elmlərinə əsasən bir ölkədə təhsil və həyat ömrü körpə ölümü göstəricisinin aparıcı indikatorudur.[11] Bu tədqiqat 11 il ərzində dünyanın 135 ölkəsində keçirilmişdir və ən yüksək göstərici Afrikada qeydə alınmışdır: hər 1000 doğuşa 68 ölüm.
Perinatal ölüm — hamiləliyin 22-ci həftəsindən doğuma qədər və ya doğuşdan sonra bir həftəyədək baş verən ölüm.[12]
Neonatal ölüm — doğuşdan sonrakı 28 gün ərzində baş verən ölüm. Neonatal ölüm əsasən hamiləlik zamanı və ya doğuşdan sonra qeyri-qənaətbəxş tibbi xidmətin göstərilməsi ilə əlaqələndirilir.[13]
Postneonatal ölüm — 29-cu gündən 1 ilədək uşaqların ölümü. Postneonatal ölümün əsas səbəbləri malnutrisiya, infeksion xəstəliklər, çətin keçən hamiləlik, qəfil körpə ölümü sindromu və ev şəraitindəki problemlərdir.[14]
↑"Infant Mortality: What Is CDC Doing?". Infant Mortality | Maternal and Infant Health | Reproductive Health |. Centers for Disease Control and Prevention. 2019-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-07.
↑Hall ES, Venkatesh M, Greenberg JM. "A population study of first and subsequent pregnancy smoking behaviors in Ohio". Journal of Perinatology. 36 (11). November 2016: 948–953. doi:10.1038/jp.2016.119. PMID27467563.
↑Norton M. "New evidence on birth spacing: promising findings for improving newborn, infant, child, and maternal health". International Journal of Gynaecology and Obstetrics. 89 Suppl 1. April 2005: S1–6. doi:10.1016/j.ijgo.2004.12.012. PMID15820364.
↑"Infant Mortality". Maternal and Infant Health | Reproductive Health. Centers for Disease Control and Prevention. 2020-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-07.