Qaba şorangə (lat. Salsola rigida) — Tərəçiçəkkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir.
Qaba şorangə | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qaba şorangə |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır.
May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir. Toxumla və vegetativ yolla çoxalır. Aşağı dağ qurşağında gilli-daşlı yamaclarda bitir.
Naxçıvan MR-in Ordubad rayonunda (Dəstə, Kotam kəndləri) yayılmışdır. Azərbaycanda təbii ehtiyatı azdır.
Başlıca olaraq antropogen faktordur.
Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı kitabı"na daxil edil məsi tövsiyə olunur.