Qafqazda və Şərqi Zaqafqaziyada yayılmışdır. İlk dəfə Oğuz rayonunda qeydə alınıb.
Kövrək palıd | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Hündürlüyü 20 m, diametri 20 sm olan ağacdır. Zoğları sıx, boz tüklü, ikinci ilə yaxın yavaş-yavaş tüksüzləşən, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqların uzunluğu 4-9 sm, eni 3-6 sm olub, uzunsov - oval və ya ovalşəkillidir. Üst tərəfdən yaşıl, çılpaq, altdan açıq yaşıl, sıx, qısa, nazik tükcüklərlə örtülmüşdür. Qaidə hissədən az ürəkvari və ya pazvaridir. Yarpaq qurtaracağı bir qədər sivriləşmiş və ya kütdür. Kənarlarında 6-8 cüt uzun, nadir hallarda qısa, azca burulmuş, 1-2 dişli dilimləri vardır. Dilimlərarası oyuqlar 1-2 sm-ə qədərdir. Yarpaq saplağı 0,5-1 sm, meyvə saplağı isə 1-5 sm uzunluqdadır. Çanaqcığı kasa formalı olub, dairəvari, üçbucaqlı, yastı, çılpaq və ya sarımtıl tükcüklü, sıxılmış pulcuqlu, üstündə iri olmayan və tökülməyən ucları vardır. Bu əlamət yalnız kövrək palıda aiddir. Palıd hər il meyvə verir, sentyabr - oktyabda yetişir. Həyat müddəti 400-500 ildir, ancaq 1000 və hətta 1500 il yaşayan nümunələri də məlumdur.
Rütubətli, humuslu torpaqlarda bitir. Azərbaycanın iqlim şəraitinə davamlıdır.
Böyük Qafqazda, Quba, Yalama, Oğuz, İsmayıllı meşələrində təsadüf edilir. Nadir bitkidir, qorunması və artırılması, qayğısına qalınmalıdır.
Tək əkinlərdə, yol kənarlarında, meşəsalmada istifadəsi məqsədyönlüdür.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov