Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hündürlüyü 20 m-ə qədər olan ağacdır.Budaqları çılpaqdır.[1]
Yarpaqlarının uzunluğu 4-9 sm, eni 3-6 sm-dir, uzanmış əksinəoval və ya uzunsovdur,üst tərəfdən yaşıl, çılpaq, alt tərəfdən tutqunyaşıl,sıx ,qısa, nazik tüklərlədir; qaidə hissəsi zəif ürəkşəkilli və ya zəif pazşəkillidir, yuxarı hissədə qısa, küt və ya az sivriləşmiş ensiz bölümlərə; hər tərəfdən 6-8 ədəd uzun, bəzən qısa, az buruqlu 1-2 ədəd dişli bölümlərlədir;bölümlər arasındakı oyuq yarpağın eninin 1/3 hissəsindən 1/2 hissəsinə qədərdir. Yarpaqların saplağının uzunluğu 0,5-1 sm-dir.
Meyvə saplağı 1-3, bəzən 5 sm olur.Qoza kasaşəkilli olub, xırda, dəyirmi-üçbucaqlı,yastı, çılpaq və ya boz-tüklü, sıx pulcuqlarladır və balaca qurtaracaqlıdır.Azərbaycanda yayılması:BQ (Quba), BQ şərq, KQ mərkəzi.
Meşələrdə az təsadüf edilən qarışıq kimi 500-1300 (1500) m d.s.y. zonada rast gəlinir.
Az yayıldığına görə məhdud təsərrüfat əhəmiyyətinə malikdir.