Kövsər çayı — Cənnət çaylarından biridir. Adı Qurani Kərimdə və Məhəmməd (s) peyğəmbərin sirəsində çəkilir. Qurani Kərimdə Allahın Kövsəri Hz. Məhəmmədə verdiyi və bunun Kövsər surəsində olduğu bildirilir. “Həqiqətən, Biz Kövsəri sənə bağışladıq”
Süd kimi ağ, baldan şirin, torpağı müşkdən ətirli, yaqut üzərində daşınır. “Kövsər Cənnəti bir çaydır. Onun iki qırağı qızıldan, məcrası dürr və yaqutdandır. Torpağı müşkdən ətirli, suyu baldan şirin, qardan ağdır”. Orada Hz. Məhəmmədin (s) hovuzu var.
Hz. Məhəmməd (s) bir gün aramızda idi . Həzrət bir anlıq mürgülədi, sonra təbəssüm edərək başını qaldırdı. Mən soruşdum: Ey Allahın rəsulu sizi güldürən nədir? Həzrət buyurdu: “İndicə mənə bir surə nazil oldu, sonra oxudu: “Mərhəmətli və Rəhimli Allahın adı ilə! 1. Həqiqətən, Biz Kövsəri sənə bağışladıq. 2. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs! 3. Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur. Sonra buyurdu: “Heç bilirsiz Kövsər nədir?” Dedik: “Allah və Onun rəsulu daha yaxşı bilir”. Həzrət buyurdu: “O Allahın (Əzə və Cəlla) mənə vəd etdiyi bir çaydır, onun çox xeyiri var, o Qiyamət günü ümmətimin kənarına gətiriləcəyi hovuzdur. Nimçələri ulduzların sayı qədərdir. Bəndə onlardan titrəyər, mən də deyərəm: Ey Rəbbim o mənim ümmətimdəndir”. Allah cavab verər: Səndən sonra ümmətinin nə etdiyi bilmirsən. İbn Hicr öz hədisində əlavə etmişdir: Həzrət peyğəmbər məsciddə bizim aramızda idi. O buyurdu: “Səndən sonra nə etdiyini bilmirsən”.
“Allah rəsulu (s) bir anlıq mürgülədi, sonra təbəssüm edərək başını qaldırdı. Ya onlara dedi, ya ona ona dedi: Ey Allah rəsulu (s) nə üçün güldünüz? Allah rəsulu (s) buyurdu: “İndicə mənə bir surə nazil oldu və oxudu: “Mərhəmətli və Rəhimli Allahın adı ilə! 1. Həqiqətən, Biz Kövsəri sənə bağışladıq. Sonra surəni sonadək oxudu. Surəni oxuyub bitirdikdən sonra buyurdu: Heç bilirsiz Kövsər nədir? Onlar dedi: Allah və rəsulu daha yaxşı bilir. Həzrət (s) buyurdu: “Həqiqətən o, Rəbbimin mənə vəd etdiyini Cənnətdə bir çaydır. Orada çox xeyir var. Qiyamət günü ümmətimin kənarına gələcəyi hovuzumdur. Nimçələri ulduzların sayı qədərdir”.